Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:01

«Pravoslav İnterneti» necə olacaq?..


Rus pravoslavları (arxiv fotosu)
Rus pravoslavları (arxiv fotosu)

-

2019-cu il seçkisinə qədər müxalifət partiyasının tədbirlərini işıqlandıracaq televiziya kanalı qalmaya bilər; «The Foreign Policy» yazır ki, Suriya böhranının Balkanlardan öyrənilməli dərsi çoxdur – 9 noyabr, 2015-ci il, qərb mediasının icmalı.

Rusiya Pravoslav kilsəsi bildirib ki, kilsələr yaxınlığında və Moskva ətrafında ictimai yerlərdə əxlaqsız materiallardan təmizlənmiş, pulsuz «Pravoslav interneti» təklif edəcək.

Keşiş Roman Bogdasarov İzvestisiya qəzetinə deyib ki, hazırda İnternetdə istifadəçilər üçün bir sıra təhlükələr var. Buraya xristian təriqətlərə və İslam Dövləti qruplaşmasına könüllü cəlbi, pornoqrafiya, «tarixin təhrif olunmuş versiyaları daxildir».

Bogdasarov söyləyib ki, pravoslav internetə təkcə dini saytlar daxil olmayacaq, «insanlara düzgün dəyərləri, ənənəvi əxlaqı, vətənpərvərlik, ailə və uşaqların qorunmasını aşılayan» filmlər də göstəriləcək.

«İnternet resurslarına girişi məhdudlaşdırmaq niyyətində deyilik. Sadəcə, insanlara şər aşılayan hər şeyi siləcəyik», Bogdasarov deyib.

İstifadəçilər homoseksuallıq barədə də heç nə tapa bilməyəcək.

«The Guardian» yazır ki, prezident Vladimir Putin-in hakimiyyətinin dördüncü dönəmi ənənəvi dəyərlərə qayıdış və internetə nəzarətin sərtləşdirilməsi ilə xarakterizə olunur.

BÜTÜN KARTLAR ERDOGAN-IN ƏLİNDƏDİR

Türkiyə mətbuatı, noyabr, 2015
Türkiyə mətbuatı, noyabr, 2015

«Türkiyə hökuməti kürdlərlə münaqişəni qızışdırdı, sonra da təhlükəsizlik vədləri verdi. Əməllicə qazandı». «The Economist» yazır ki, Türkiyədə Ədalət və İnkişaf Partiyasının qələbəsindən sonra nikbinlər ümid edirdilər ki, prezident Recep Tayyip Erdogan yeni səhifədən başlayacaq. Belə ki, seçkiöncəsi müstəqil mediaya, kürd yaraqlılarına hücuma keçən AKP bu taktikadan əl çəkə, kürdlərlə sülh prosesinə başlaya bilərdi. Ancaq tərsinə oldu. Seçkidən bir gün sonra solçu Nokta jurnalının ofisinə basqın edildi, redaktorları həbsə atıldı. İlahiyyatçı Fethullah Gulen-ə bağlılıqda şübhəli bilinənlər saxlanır.

Hökumətyönlü şərhçilər xəbərdarlıq edirlər ki, daha çox media qurumu hədəfə alına bilər. «Hökumət mediaya təzyiqi davam etdirsə, 2019-cu il seçkisinə qədər müxalifət partiyasının tədbirlərini işıqlandıracaq televiziya kanalı qalmaya bilər», Galatasaray Universitetinin media eksperti Ceren Sozeri deyir.

AKP-nin daha 4 il hakimiyyətdə qalacağını gözə alan bəzi nəşrlər biznes maraqlarına ziyan vurmamaq məqsədilə artıq siyasəti uyğunlaşdırmağa çalışırlar. Getdikcə debatlar ancaq sosial media və onlayn xəbər saytlarına sıxışdırılır. Hökumətin «terror təbliğatında» şübhəli saydığı Dogan Holding-in səhmləri seçkidən sonra 15% düşüb.

«The Economist» yazır ki, hakim partiya kürd məsələsində də kompromisə gedənə oxşamır. Ancaq o halda sülh prosesini bərpa edəcəyini bildirir ki, PKK silahlıları Türkiyədən çıxsınlar, silahlı hücumları dayandırsınlar. Hökumət İraqın şimalındakı PKK düşərgələrini bombalamaqdadır.

Digər tərəfdən AK rəsmiləri Erdogan-ın səlahiyyətlərinin artırılması məqsədilə konstitusiyanın dəyişdirilməsini də müzakirə etməyə başlayıblar.

Məqalədə vurğulanır ki, Erdogan-ın qələbəsindən sonra Türkiyə Rusiya, Venesuela və digər qeyri-liberal demokratiyalara bənzəməyə başlayır – güclü lider dövlət müəssisələrini özünə tabe etdirir, zəif, parçalanmış müxalifəti idarə edir. Avropa, ABŞ Ankaraya xəbərdarlıq edib ki, jurnalistləri qısnamasın. Ancaq Avropa liderləri həm də qaçqın axınını önləmək üçün Türkiyədən kömək istəyirlər. «İslam Dövləti qruplaşmasına qarşı mübarizədə də Türkiyə Amerika üçün vacib bənddir. Beləliklə, bütün kartlar cənab Erdogan-ın əlindədir. Müharibənin genişləndirilməsi, etnik gərginliyin qızışdırılması, mətbuat azadlıqlarının boğulmasına söykənən seçki kampaniyasının dərsləri ortalıqdadır: bu fəndlər işə yaradı».

SURİYA ÜÇÜN BALKAN DƏRSLƏRİ

Suriya (arxiv foto)
Suriya (arxiv foto)

«Vaxtilə bir ölkə sünni sərhədlərlə yaradılmışdı. Avtoritar rejim böyük qəddarlıqla idarə edirdi, totalitar idarəçiliyin bütün alətlərindən istifadə edirdi. Sonucda dövlət dini və etnik nifrət səbəbindən parçalandı. Beynəlxalq ictimaiyyətin (zəif) səylərinə baxmayaraq, bir neçə günə 8 min kişi, oğlan qətlə yetirildi. Yüzminlərlə insan öldürüldü, milyonlar didərgin düşdü. Bəli, sanki Suriyadır. Ancaq bütün bunlar 1990-cı illərdə Balkanlarda baş verirdi».

«The Foreign Policy» yazır ki, Suriya böhranının Balkanlardan öyrənilməli dərsi çoxdur. Əvvəla, yadda saxlamaq lazımdır ki, bu proses onillər çəkəcək; Yuqoslaviyanın külü üzərində bir neçə balaca dövlət yarandı. Suriyada da həmin nöqtəyə yaxınlaşırıq. Bu ölkədə hazırda İraqda olduğu kimi federativ həll də işə yaraya bilər; Suriyada vahid gündəm olmayacaq. Burada hər bir ölkənin öz məqsədləri var və onu da həyata keçirməyə çalışacaqlar. Və ola bilsin bu məsələdə güzəşt tələb olunsun.

«Hətta hakimiyyət bölgüsü razılaşmasının bir hissəsi kimi Assad qalmalı olsa, amerikalılar və müttəfiqləri bu variantı irəliləmək, humanitar fəlakəti önləmək xatirinə nəzərdən keçirə bilərlər. Serbiya diktatoru Slobodan Milosevic-in taleyini xatırlayın. Sonda Haaqada kamerada, ittihamlarla üzləşdi».

XS
SM
MD
LG