Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:37

«Muxtariyyət+» – Qarabağ tənzimlənməsi üçün variant


Jan Eliasson.
Jan Eliasson.

-

Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə keçmiş beynəlxalq vasitəçi, İsveç diplomatı Jan Eliasson hesab edir ki, münaqişənin həlli modeli «muxtariyyət üstəgəl» və ya «müstəqillik çıx» formulu ola bilər.

Turan-ın Vaşinqton müxbirinə müsahibəsində 1993-1994-cü illərdə Minsk qrupuna rəhbərlik etmiş, hazırda isə BMT Baş katibinin müavini olan J.Eliasson bildirib ki, beynəlxalq prinsiplərə dayanmaq vasitəçilərə onların missiyasında ciddi dəstək verir. Amma Dağlıq Qarabağ məsələsində beynəlxalq hüquqi prinsiplər (ərazi bütövlüyü və öz müqəddəratını həll etmək) ziddiyyət təşkil edir.

«Mən də ərazi bütövlüyünün tərəfdarıyam, amma siz hamı üçün məqbul olan status təklif etməlisiniz... Dağlıq Qarabağın gələcəyinə ümumi baxış olmalıdır. Bu baxış (status) tapıldıqda, hər şey öz yerinə oturacaq», - deyən J.Eliasson Bakı və Yerevan arasında səmimi müzakirə zərurətini vurğulayıb.

«Siyasi liderlər başa düşməlidir ki, vəziyyət getdikcə daha təhlükəli hal alır, illərlə daha da pisləşəcək», - deyə o qeyd edib.

XS
SM
MD
LG