Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:54

İnternet bərpa olunur


►Son məlumatlara görə, Azərbaycanda internetə çıxış bərpa olunmaqdadır.

Problem təxminən 6 saat davam edib. Amma hələ də bəzi problemlər qalmaqdadır.

Internetin kəsilməsi sərhədlərə də təsir edib

Azərbaycanda noyabrın 16-da internet şəbəkəsinə çıxışın kəsilməsi dövlət sərhədlərində giriş-çıxış sistemlərinə də təsir edib.

Gürcüstandan Bakıya gələn sərnişinlər bildirirlər ki, onlar bir neçə saatdır sərhəddə Azərbaycana keçməyi gözləyirlər. Avtobusla gələn sərnişinlərə bildirilib ki, internet xidmətlərinin kəsilməsi zəruri qeydiyyat işləri aparmağa imkan vermir.

***

İnternet təchizatçının ehtiyat variantı yox idi?

“Bu cür fors-major halları üçün çıxış yolu nəzərdə tutulmalı idi. İnternetin bu cür-tamamilə sıradan çıxmasına yol verilməməliydi".

Bunu Azadlıq Radiosuna Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onda olan məlumata görə, internet provayderi "Delta Telecom" hazırda yanğının fəsadlarını aradan qaldırmağa çalışır.

ANS PRESS-ə açıqlamasında, Rabitə və Yüksək texnologiyalar nazirliyinin mətbuat katibi Müşviq Əmirov demişdi ki, "Delta Telecom"un bir neçə internet paylayıcı xətti yanıb.

"Hazırda hadisə yerində bərpa işləri gedir və yaxın 2-3 saat ərzində ölkədə internət bərpa olunacaq", - deyə Müşviq Əmirov bildirmişdi.

Yanğın Azərbaycanda internetə çıxışı zəiflədib

Osman Gündüz
Osman Gündüz

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telekom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlara ziyan dəyib:

"Fövqəladə Hallar Nazirliyi yanğını söndürüb. Hazırda alternativ kanallarla ölkə internetlə təmin olunub, lakin onun sürəti çox zəifdir. Lakin yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq".

ANS xəbər verir ki, “Delta Telekom”un əməkdaşının dediyinə görə, saat 16 radələrində internet paylanan otaqda güclü partlayış baş verib.

Buna da bax: Fransada 23 nəfər həbs edildi

İnternetdə problemin səbəbi açıqlanıb

Azərbaycanda internetin fasiləsiz təminatında, internet-provayderlərin və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda şəbəkədə fasilələr də yaranıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a verilən məlumata görə, telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən əsas internet provayderi "Delta Telecom" şirkətinin şəbəkəsində problemlər baş verdiyindən bütün ölkə ərazisində də internetin yayımında fasilə yaranıb.

"Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Delta Telecom" şirkətinin əməkdaşları baş vermiş problemin aradan qaldırılması və səbəblərinin aydınlaşması ilə əlaqədar araşdırma aparılır", - deyə RYTN-dən bildirilib.

XS
SM
MD
LG