Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:06

Xədicə İsmayıl: “Dəmir pərdələrin iyi gəlir” [Reportaj]


Xədicə İsmayıl məhkəmədə danışır (Arxiv)
Xədicə İsmayıl məhkəmədə danışır (Arxiv)

"Ağır Cinayətlər Məhkəməsi də bunu düzgün saymaqla əslində ölkəni dünyada biabır etdi”

►“Belə çıxır ki, Azərbaycanda XİN kimə icazə verirsə, o da jurnalist ola bilər"

Qərar qüvvədə saxlandı...

Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsindəki proses “ənənəvi zal yerdəyişməsi” ilə başladı. Söhbət AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılın məhkəməsindən gedir.

Artıq bir neçə məhkəmə prosesidir ki, iştiraka gələnlər əvvəlcə başqa zala dəvət olunur, yalnız Xədicə İsmayılın prosesin keçiriləcəyi zalda şüşə qəfəsə salınmasından sonra həmin zala buraxılır.

Eyni hal digər hüquq müdafiəçisi Leyla Yunusun da məhkəməsində təkrarlanır və bu ənənə məhz L.Yunusun qəfəsə aparılarkən zalda oturan jurnalistlərə həbsxanada ona işgəncələrin verilməsi barədə məlumat ötürməsindən sonraya təsadüf edir.

Xədicə İsmayılın Bakı Ağır Cinayətlər Məhkəməsinin onun barəsində çıxardığı qərardan verdiyi şikayətə hakim İlqar Murquzovun sədrliyi ilə baxıldı.

Fariz Namazlı
Fariz Namazlı

Proses vəkillərin çıxışı ilə başlandı. Fariz Namazlı əvvəlcə müdafiə etdiyi şəxsin öz vəkillərinin yanında oturması ilə bağlı vəsatət qaldırdı, hakim vəsatəti təmin etmədi.

Buna da bax: Bakıdakı faciəvi yanğınla bağlı mübahisə bitmir

Xədicə İsmayıl vəkilləri ilə söhbət etməyə icazə istədi və hakimə bildirdi ki, söhbət zamanı nəzarətçilər də içəridə olduğundan onun konfidensiallıq hüququ pozulur.

“BAX, AMMA QULAQ ASMA”

Daha sonra Xədicə İsmayıl vəkilləri ilə söhbət etməyə icazə istədi və hakimə bildirdi ki, söhbət zamanı nəzarətçilər də içəridə olduğundan onun konfidensiallıq hüququ pozulur. O, hakimdən vəkilləri ilə sərbəst danışığına şərait yaradılmasını istədi.

Hakim heç bir münasibət bildirmədən prosesdə fasilə elan etdi. Xədicə vəkilləri ilə söhbət etmək istəyəndə nəzarətçilər ənənəvi olaraq qapını bağlamaqdan imtina etdilər. Xədicə buna etiraz etsə də, bir nəzarətçinin qapıda dayanan digər nəzarətçilərə verdiyi tapşırıq zaldakıların gülüşünə səbəb oldu:

“Bax, amma qulaq asma!”

Daha sonra Xədicə İsmayıl apellyasiya şikayətinə əlavəsinin olduğunu bildirdi:

“Məhkəmənin qərarında qeyd olunur ki, mənim adıma heç bir əmlak olmadığına görə heç nə müsadirə olunmur. Düzü, mən bundan çox pis oldum. Ölkədə neftin qiyməti düşüb, ağır vəziyyətdir. Belə bir vəziyyətdə könüllü olaraq təşəbbüs irəli sürmək və müsadirə oluna biləcək əmlaklarım barədə məlumat vermək istəyirəm. Londonda yerləşən 5 mərtəbəli bina. Həmin binanın 1,2,3,4 və 5-ci mərtəbəsindəki bütün mənzillər Vircin adalarında qeydiyyata alınmış 4 şirkət tərəfindən 9 ilik müddətə icarəyə götürülüb. Həmin ölkədə xarici vətəndaşlar üçün əmlak vergisi həddən artıq çox olduğuna görə satın alınmayıb, icarəyə götürülüb”.

Buna da bax: Şturman onlara heç bir xəbərdarlıq edilmədiyini deyir

“ŞOU GÖSTƏRMƏK İSTƏYİRSİZSƏ...”

Cavad Cavadov bildirdi ki, hətta Xədicə İsmayılın kimisə işə götürmək səlahiyyəti olsaydı belə, xidməti müqavilənin bağlanmasında heç bir qanun pozuntusu yoxdur:

Hakim Xədicə İsmayılın sözünü kəsir və onu mahiyyəti üzrə danışmağa çağırır.

Xədicə İsmayıl yenidən davam etmək istəyəndə hakim əlinin altındakı düyməni basmaqla onun mikrofonunu söndürür və Xədicənin dedikləri zalda eşidilməz olur. Hakim:

“Sizə əmlak müsadirəsi qoyulmayıb. Bu barədə danışmaq mahiyyəti üzrə danışmaq deyil. Şou göstərmək istəyirsizsə, o, başqa məsələ."

Daha sonra vəkil Fariz Namazlı çıxış etdi:

“Apellyasiya Məhkəməsinin istintaq keçirilmədən aparılması, hesab edirəm ki, düzgün deyil. Bakı Ağır Cinayətlər Məhkəməsində 30-dan çox vəsatət qaldırdıq. Demək olar ki, heç biri təmin olunmadı. Həmin faktlar araşdırılmadan şikayətə obyektiv baxılması mümkün deyil. Ona görə də bu məsələyə - məhkəmənin istintaq keçirilməklə aparılmasına yenidən baxılmasını istəyirik. İttihamlara gəlincə, hələ əvvəlcə bu ittihamların Xədicə İsmayıla aidiyyatı olub-olmadığını araşdırmaq lazımdır. İttihama görə, Xədicə guya AzadlıqRadiosunun əməkdaşları ilə xidmət müqaviləsi bağlayıb və 4 faiz vergi fərqini mənimsəyib. Xidməti müqavilənin bağlandığı adamların adları çəkilir və biz BACM-də bu adamların dindirilməsi məsələsini qaldırdıq. İmtina edildi. İş materiallarında da həmin adamların mövcudluğu barədə sübut yoxdur. Xədicə İsmayıl bu adamlarla müqavilə bağlamayıbsa, bu ittihamın ona nə aidiyyatı ola bilər?! Cinayət işində Esmira Cavadova və Şahvələd Namazovun müqaviləsi var və onlarda da Xədicənin imzası yoxdur. Biz dəfələrlə məsələ qaldırmışıq ki, Azərbaycan nümayəndəliyinin rəhbəri ilə Bakı bürosunun rəhbəri eyni şey demək deyil. Xədicə Azərbaycan nümayəndəliyinin rəhbəri olmayıb və ona kimisə işə götürmək səlahiyyəti verilməyib. Ona görə də bu ittihamın ona aidiyyatı yoxdur. Digər ittiham qanunsuz sahibkarlıqla bağlıdır. Burada 2 əməl əsas götürülür – radionun lisenziya müddəti bitdikdən sonra fəaliyyəti və Xədicənin akkreditasiyadan keçməməsi. Lisenziya məsələsinin Xədicəyə heç bir aidiyyatı yoxdur və biz bu məsələnin də araşdırılmasını istəmişdik. Akkreditasiyaya gəlincə, o zaman belə bir akkreditasiyanı tələb edən qanun olmayıb. Başqa bir ittiham qanunsuz olaraq vergidən yayınmaqdır. Bu ittiham yalnız vəzifəli şəxslərə verilə bilər. Xədicə vəzifəli şəxs olmayıb. İttihamların hər biri qanunsuz, ədalətsizdir, məhkəmədən Xədicə İsmayıla bəraət verilməsini istəyirik”.

Buna da bax: "Yeməli" Putin

“XİDMƏTİ MÜQAVİLƏ BAĞLAMAQ QANUNA ZİDD DEYİL”

Digər vəkil Cavad Cavadov bildirdi ki, hətta Xədicə İsmayılın kimisə işə götürmək səlahiyyəti olsaydı belə, xidməti müqavilənin bağlanmasında heç bir qanun pozuntusu yoxdur:

“Əmək və ya xidməti müqavilə bağlamaq birbaşa işəgötürənin səlahiyyətidir və onun belə bir seçim etmək hüququ var. Xidməti müqavilə bağlamaq qanuna zidd deyil”.

Cavad Cavadov vəsatətləri təmin etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin də işlə bağlı ədalətli qərar çıxaracağına inanmadığını bildirdi.

Fəxrəddin Mehdiyev
Fəxrəddin Mehdiyev

Vəkil Fəxrəddin Mehtiyev isə bildirdi ki, 125-ci maddədən sonra Xədicə İsmayıla qarşı ittihamların həcmi artırılıb və istintaq daha kobud səhvlərə yol verib:

“Bütün maddələr süni şəkildə quraşdırılıb. Bu ittihamlar hüquqi nihilizmin bariz nümunəsidir. Ortada zərərçəkmiş şəxs belə yoxdur. Bu, səhv deyil, sadəcə, qərəzdir. Qanunsuz sahibkarlıq ittihamı mənfəət əldə edilən sahibkarlıq sahəsinə aid edilə bilər. Yaradıcı jurnalistika necə sahibkarlıq hesab oluna bilər?! Heç bir maliyyə sənədində, müqavilədə Xədicə İsmayılın imzası yoxdur. Belə olan halda, bu adamı nədə ittiham etmək olar?! Bizim müdafiə hüququmuz da təmin olunmayıb, çünki birinci instansiya məhkəməsi 35-ə yaxın vəsatətimizin heç birini təmin etməyib. Bu vəsatətlərin hər biri birbaşa işin mahiyyəti üzrə idi. Həmin vəsatətlər bu məhkəmədə də təmin olunmadı və bu, birbaşa qərəzin göstəricisidir. Bu, məhkəmə adına çox böyük bir ləkədir, Avropa Məhkəməsini mat qoyacaq bir işdir. Bu, məhkəmədən çox Krılovun təmsillərinə bənzəyir”.

Buna da bax: Moskvada Türkiyə səfirliyinə hücum- [Video]

“HƏRƏNİN ƏLİNƏ BİR “KNOPKA” DÜŞÜB....”

Başa düşürəm ki, siz hakimlərin azad sözü eşitməyə təhəmmülü yoxdur. Ölkədə bütün telekanallar susdurulub. Sizin də əlinizə bir “knopka” düşüb və siz də o saat söndürürsüz.

Daha sonra hakim Xədicə İsmayıla söz verdi və əvvəlcədən onu işin mahiyyəti üzrə danışmağa dəvət etdi:

Xədicə İsmayıl:

“Başa düşürəm ki, siz hakimlərin azad sözü eşitməyə təhəmmülü yoxdur. Ölkədə bütün telekanallar susdurulub. Sizin də əlinizə bir “knopka” düşüb və siz də o saat söndürürsüz. İndi ölkədə vəziyyət elədir ki, hərənin əlində bir “knopka” var və söndürməklə məşğuldur”.

Hakim yenə düyməni basmaqla onun mikrofonunu söndürdü və iş üzrə danışmasını istədi.

Xədicə İsmayıl:

“Siz məhkəmə heyəti olaraq hətta vicdanlı və qərəzsiz olsaydız belə, əlinizdə olan protokollarla ədalətli qərar çıxara bilməzdiz. Çünki o protokollar saxtalaşdırılıb. Əslində, məhkəmədə əlavə şəxslərin dindirilməsinə ehtiyac var idi. Bir də məni daha çox 364 manat verməli olmağımla bağlı qərarın saxlanılması yandırır. 125-ci maddə ilə bağlı bəraət alsam da, bu məbləğ qərardan çıxarılmayıb. Yəni bir yandan qərarda yazılır ki, pulum, əmlakım yoxdur, bir yandan da 364 manat istənilir..”

Hakim mikrofonun düyməsini basmaqla sözünü kəsir.

Xədicə İsmayıl:

"Sizin artıq knopkayla oynamaq yaşınız keçib."

Daha sonra Xədicə Azərbaycan nümayəndəliyinin rəhbəri olmadığını bir daha vurğulayıb:

“Ağır Cinayətlər Məhkəməsinin hakimləri hətta oxumaq və yazmağı bacarmasalar belə, Azərbaycan nümayəndəliyinin rəhbəri ilə Bakı bürosunun rəhbəri arasındakı hərf saylarının fərqindən bilməli idilər ki, bunlar ayrı-ayrı şeylərdir. Ümumiyyətlə, müəyyənləşdirilməli idi ki, cinayət hadisəsi baş verib, ya yox. Fakt odur ki, mən redaktor fəaliyyətimə, İlham Əliyev və onun ailə üzvlərinin biznesini araşdırdığına görə tutulmuşam. Bunu mənə, elə əvvəldən desəydilər, heç apellyasiya şikayəti də verməzdim”.

Hakim onun sözünü yenidən kəsir və mahiyyəti üzrə danışmağa dəvət edir.

Buna da bax: Balıqçılara xüsusi komissiya nəzarət edəcək

XİN-DƏN İCAZƏ ALMAQ...

Prosesin keçirildiyi məhkəmənin qarşısı (Arxiv)
Prosesin keçirildiyi məhkəmənin qarşısı (Arxiv)

X.İsmayıl:

"Mən elə həbsimin əsl mahiyyətindən danışıram. Burada bir presedent hal da var ki, məndən sonra başqa jurnalistlərə də şamil oluna bilər. Mən Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmədiyimə görə qanunsuz sahibkarlıqla məşğul olmaqda günahlandırılıram. Bu, həm absurddur, həm də antikonstitusiondur. Mənim əvvəl XİN-də akkreditasiyam olub, amma yenə də XİN-də keçirilən tədbirlərə buraxılmamışam, çünki sərt suallar verirdim. Ona görə də sonradan bu imtiyazdan imtina etdim və XİN-də yenidən akkreditasiyadan keçmədim. Bu, mənim tam hüququmdur və indi bəlli olur ki, buna görə adamı həbs də edə bilərlər. Belə çıxır ki, Azərbaycanda XİN kimə icazə verirsə, o da jurnalist ola bilər. Ağır Cinayətlər Məhkəməsi də bunu düzgün saymaqla əslində ölkəni dünyada biabır etdi. Mən Ombudsmandan bununla bağlı Konstitusiya məhkəməsinə müraciət etməyi xahiş etdim. Mənə cavab gəldi ki, yalnız Ali Məhkəmənin qərarından sonra Konstitusiya Məhkəməsinə müraciət oluna bilər”.

Hakim:

“İki cümlə ilə demək mümkün olan şeyi azı 10 dəqiqə danışırsız. 10 dəqiqədir ki, Ombudsmanla yazışmadan danışırsız”

X.smayıl:

“Vaxt mənim ən çox imtiyazımda olan şeydir. 7,5 ilin 15 dəqiqəsini ombudsmana sərf etsəm, nə olar ki?! XİN-dən icazə almaq tələbindən Sovet dönəmindəki dəmir pərdələrin iyi gəlir. Bu biabırçılığa son qoymaq lazımdır. Bu bizim ölkənin adına ayıbdır. Siz, heç olmasa, bu ittihamı aradan qaldırın ki, ölkə biabır olmasın. Prokurorluq işçilərinə də vecsiz işlərinə görə təşəkkür edirəm. 16 tomluq işin içində mənimsəmə yazılsa da, mənim nəyi mənimsədiyimi üzə çıxara bilməyiblər. Gör mən nə qədər təmiz adamam ki, siz də mənim hər hansı mülkümün olduğuna inanmaq istəmirsiz. Düzdür, əvvəldə dediyim mülklər mənim deyil, Leyla Əliyevanındır”.

Hakim Xədicə İsmayılın sözünü kəsdi və daha davam etməsinə imkan vermədi.

Buna da bax: Rövnəq Abdullayevin qoltuğundakı qaz

"DÖVLƏTDƏN KOMPENSASİYA ALMALIDIR"

Dövlət İttihamçısı Abbas Abbaslı çıxışında Xədicə İsmayılla bağlı ittihamların sübuta yetirildiyini əsas gətirərək məhkəmədən birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamağı istədi.

Replika zamanı vəkil Fariz Namazlı məhkəmənin diqqətinə çatdırdı ki, Xədicə İsmayıl 125-ci maddə üzrə bəraət alsa da, buna görə 3 ay həbsdə yatıb və ona dövlətdən kompensasiya almaq hüququ izah olunmalıdır.

Xədicə İsmayıl isə həm də haqqında dövlət sirrini yayma ilə bağlı ittihamın olması və bunu çox sonra bilməsini məhkəməyə bildirdi, bununla da hüququnun pozulduğunu dedi.

Hakim müşavirədən sonra qərarı elan etdi. Bildirdi ki, Bakı Apellyasiya məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin Xədicə İsmayıl barəsində çıxardığı 7,5 il həbs cəzasını qüvvədə saxlayır.

XS
SM
MD
LG