Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:46

Nardaran susuz, telefonsuz qalıb


"Meyitləri verin, basdıraq!" - Nardaran hadisələrindən 2 il ötür
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Nardaranlılar: "Meyitləri verin, basdıraq!.."

-

«Nardarana elektrik verilişi tam bərpa edilməyib. Bundan başqa kəndin suyu da, telefonlarımız da kəsilib. Kəndin yaxınlığındakı benzindoldurma məntəqəsi də bağlanılıb».

Nardaran kənd Ağsaqqallar Şurasının sədri Natiq Kərimov AzadlıqRadiosuna belə deyir. Onun sözlərinə görə, kəndə giriş və çıxışa icazə verilmir. Polisin və yerli sakinlərin qurduğu postların da yerində qaldığını söyləyir.

Bununla belə, o, qəsəbədə durumun sabit olduğunu bildirir.

Natiq Kərimov deyib ki, noyabrın 26-da polisin keçirdiyi əməliyyat zamanı ölənlər noyabrın 27-də günortadan sonra dəfn ediləcək.

«Azərişıq»dan bildirirlər ki, Nardaran sakinlərinin 42 milyon manatdan çox borcu olduğu üçün elektrik enerjisi kəsilib.

İŞIQ YOXDURSA, RABİTƏ DƏ YOXDUR...

«Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil».

Bunu APA-ya «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.

Onun dediyinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb: «Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib».

«Azərsu» ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib.

XS
SM
MD
LG