Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:20

Türkiyə Rusiyaya getməməyə çağırır


İstanbul
İstanbul

-

Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfərlərini təxirə salmağı tövsiyə edib.

XİN-in məlumatında deyilir ki, türk hərbçilərinin Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib və bu ölkəyə gedən və ya burda yaşayan türk vətəndaşları çətinliklərlə üzləşirlər.

Rusiya prezidentinin mətbuat katibi Dmitry Peskov noyabrın 28-də deyib ki, Vladimir Putin bütün diqqətini kəskinləşmiş Rusiya-Türkiyə münasibətləri üzərində cəmləyib.

Putin-in sözçüsü yerli telekanallardan birinə müsahibəsində Rusiya təyyarəsinin Türkiyə sərhədini keçmədiyini bir daha bəyan edib. O, türklərin uçuş xəritəsini multiplikasiya adlandırıb.

Noyabrın 27-də Rusiya xarici işlər naziri Sergei Lavrov bildirmişdi ki, yanvarın 1-dən Türkiyə ilə vizasız gediş-gəlişi dayandırırlar.

Bundan başqa, Rusiya Türkiyə ilə bütün hərbi əlaqələri, o cümlədən Qara dəniz hərbi-dəniz qrupu BLACKSEAFOR-dakı təlimlərdə iştirakını dayandırıb.

Baş nazir Dmitry Medvedev isə Türkiyəyə qarşı sanksiyalar hazırlamağı tapşırıb.

XS
SM
MD
LG