Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:04

Rəsulzadəyə "xain" deyən deputatın məsələsinə baxılacaq


Ağacan Əbiyev
Ağacan Əbiyev

►"Gəlib bu səviyyəyə qalxasan, deputat seçiləsən, millətin nümayəndəsi olasan, Azərbaycanın yeni tarixindən xəbərin olmasın?.."

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev bu sözləri YAP-çı deputat, Məhəmməd Əmin Rəsulzadəni "vətən xaini" adlandırdığı deyilən Naqif Həmzəyev haqda deyib.

Modern.az xəbər verir ki, A.Əbiyev deputatın çıxışına siyasi deyil, insani qiymət verilməli olduğunu deyib:

"Bununla bağlı İntizam Komissiyasında deyil, Milli Məclisin sabahki (dekabrın 4-dəki) iclasında geniş müzakirə aparılacaq... Demirik ki, Azərbaycanın min il bundan qabaq tarixini bilmirsən, dünən yaşadığımız tarixdən xəbəri yoxdur. Sən axı o cür kişini niyə elə adlandırırsan?.. Ona görə də hesab edirəm ki, buna əxlaqi qiymət vermək lazımdır”.

Buna da bax: Bakı teatrı İrana “Bir səbət tənhalıq” aparacaq...

A.Abiyev deputatın səhv hərəkət etdiyini vurğulayaraq, onu orta məktəbdə keçilən tarixi bilməməkdə günahlandırıb.

“Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı “Azərbaycanın düşməni” adlandırasan. Naqif Həmzəyev çox böyük səhv edib. Səhv deyilsə, bacardığı, bildiyi budursa, onda heç olmasa gedib ali məktəb dərsliyini demirəm, orta məktəb kitablarını oxusun. Azərbaycan tarixi orada da keçilir, tariximizlə tanış olsun. Məhəmməd Əmin Rəsulzadəyə ulu öndərimiz Heydər Əliyev yüksək qiymət verib. Ölkənin ən ağır, qorxulu vəziyyətində Azərbaycanın müstəqilliyi haqqında danışan, Azərbaycanın üçrəngli bayrağını qoruyan şəxsiyyətə sən hansı haqla “vətən xaini” deyirsən?.. Hesab edirəm ki, bu xoşagəlməz fikirlərə Milli Məclis mütləq qiymət verməlidir”.

Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

Ağacan Abiyev tarixi bilməyən və böyük yanlışlıq edən deputatla bir yerdə oturmaq istəmədiyini və aralarında belə şəxslərin olmaması gərəkdiyini vurğulayıb.

YAP-ın yaradıcısı, ulu öndərimiz Heydər Əliyev həmin o kişi haqqında nə deyib, bilmirsən?.. Bilmirsənsə, sənin YAP-ın nümayəndəsi olmağa haqqın yoxdur.

“Onunla bir masa arxasında oturmaq istəməzdim. Hər bir azərbaycanlı, təhsildən, tədrisdən xəbəri olan hər bir kəs, hər bir ziyalı ona bu sözü deyəcək. Burada məsələ intizamdan da üstündür. Naqif Həmzəyev böyük səhv buraxıb. Onun seçiciləri var, seçki dövründə başqa cür danışıb və ona etimad edib seçiblər. Amma deputat olandan sonra belə danışanda, onun seçiciləri də bu məsələyə qiymət verməlidirlər. Sabah sözsüz ki, bu məsələ qalxacaq və düşünürəm ki aramızda belə adam olmamalıdır”.

Ağacan Abiyev deputat Naqif Həmzəyevi hakim Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi fikirləri bilməməkdə günahlandırıb.

“Əsas səhv, qələt ondan ibarətdir ki, sən Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi seçilmisən və bizim partiyanı təmsil edirsən. Deputat Naqif Həmzəyev, YAP-ın yaradıcısı, ulu öndərimiz Heydər Əliyev həmin o kişi haqqında nə deyib, bilmirsən?.. Bilmirsənsə, sənin YAP-ın nümayəndəsi olmağa haqqın yoxdur. Sən YAP-ın yaradıcısının o kişi haqqında dediyi sözlərin əleyhinə danışmısan. Nə qədər savadsız olub o cür sözlər deyəsən. Bu adam harada yaşayıb? Azərbaycanın yeni tarixini niyə bilmir?.. “Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyini qorxmadan bəyan edib” deyən ümummilli liderin fikirlərinə sən nə deyirsən?..”.

Buna da bax: Rəsulzadənin nəvəsi: "O deputatı məhkəməyə verə bilərəm"

Rəsulzadə üçün... (Şeir)

Rəsulzadə üçün...
Gözlə
Embed

No media source currently available

0:00 0:02:26 0:00

XS
SM
MD
LG