Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:32

Cahangir Hacıyevdən sonra növbə Eldar Mahmudovundur


Eldar Mahmudov
Eldar Mahmudov

-

«Yeni Müsavat» qəzeti yazır ki, Cahangir Hacıyevin həbsi Eldar Mahmudovun da həbsin bir addımlığında olduğunu göstərir:

«Sabiq nazirin MTN-dəki və digər strukturlardakı ən yaxın adamlarının həbsindən sonra E.Mahmudovla bağlı təkzibolunmaz sübutlar toplanıb. Bu günə kimi E.Mahmudovun komandasına daxil olan, ölkə əhəmiyyətli bir qurumda yüksək postlar tutan 20-dən çox şəxs həbs olunub. Təxminən bu qədər «mahmudovçu» da dəmirbarmaqlıqlar arxasına göndərilib. Məlumata görə, E.Mahmudova məhz sahibkarlardan qanunsuz xərac toplaması ittihamı veriləcək. Sabiq nazirin Xüsusi Dövlət Mühafizə İdarəsi əməkdaşlarının ciddi nəzarəti altında olduğu dəqiqdir».

«GÜNƏŞLİ»DƏ 60-DAN ÇOX İŞÇİNİN OLMASININ SƏBƏBİ

«Platformada bu qədər insanın olmasına səbəb var. Biz orada əlavə olaraq daha 4 quyu qazmaq istəyirik. Ona görə orada həm tikinti işlərini aparanlar, həm də qazmaçılar vardı. Buna görə də onların sayı 63 -ə çıxmışdı».

Bunu anspress.com saytına Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Xoşbəxt Yusifzadə bildirib ki, orada həm qazmaçılar, həm də tikintini həyata keçirənlər olmasydı, platformada bu qədər adam olmazdı.

Dekabrın 4-də «Günəşli» yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində 29 nəfər itkin düşüb. 33 nəfər xilas edilib, bir nəfərin cəsədi çıxarılıb.

Kompüter.
Kompüter.

AZƏRBAYCANA «ELEKTRON» TULLANTILARIN QƏBULU MƏNTƏQƏLƏRİ LAZIMDIR

«Exo» qəzeti yazır ki, belə məntəqələrin yaradılması ölkəyə milyardlarla dollar gəlir gətirəcək. 10 mindən çox yeni iş yerlərinin yaradılmasına imkan verəcək:

«İlk baxışdan elə görünə bilər ki, «elektron» zibil problemi ABŞ-da olduğu kimi Azərbaycan üçün aktual deyil. Həqiqətən, əgər ABŞ-da bərk tullantıların təxminən 5% -i köhnəlmiş elektronika məhsullarının payına düşürsə, bizdə bu rəqəm daha azdır. Həm də ABŞ-da kompüter texnikasının orta istismar müddəti iki il təşkil edir. Bu müddət həm də azalmağa doğru gedir».

Qəzet yazır ki, Azərbaycan vətəndaşı hələ ki, belə «israfçılığı» özünə yaxın qoya bilməz. Ancaq köhnəlmiş elektronika məsələsi Azərbaycanda da aktuallaşacaq. Çünki təkcə kompüter deyil, mobil telefon, televizor və digər texnika da bu cürtullantı növü sayılır.

ONLARA ARAMIZDA YER YOXDUR

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının nadir nümunəsinə çevrilib:

«Nardaranda baş verənlərin dinlə heç bir əlaqəsi yoxdur. Bu, ancaq vətənini, millətini və dinini sevməyən, subyektiv maraqları üçün xarici havadarlarının göstərişləri ilə hərəkət edən insanların təxribatıdır. Cəhalət və nadanlığa aparan bu cür hərəkətlərin baş verməsində bəzi xarici dairələrin rolu var. Çünki Azərbaycanın inkişafını, parlaq gələcəyini gözü götürməyən qüvvələr mövcuddur. Onların bu cəhdləri heç bir nəticə verməyəcək. Azərbaycanda dini ekstremizmi, radikalizmi yaymaq mümkün olmayacaq. Biz həmin qüvvələrə qarşı daim mübarizə aparacağıq. Onların təsiri altına düşənlərə isə aramızda yer yoxdur».

XS
SM
MD
LG