Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:29

Hacı Əbdül: “Gücünüz var, bu gücü Qarabağda göstərin”


Hacı Əbdül
Hacı Əbdül

►“Kiçik xətasız olmaz, böyük də ətasız”

Bunu Nardaran qəsəbəsində baş verən olaylarla bağlı Azadlıq Radiosuna müsahibə verən “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül deyir.

Hacı Əbdül bildirib ki, noyabrın 26-da və bundan sonra Nardaran qəsəbəsində baş verən hadisələri tam anlamaq üçün bütün tərəfləri dinləmək lazımdır:

- Hacı, Nardarana gedib yerli sakinləri dinləmək istəyiniz olubmu?

- Niyə istəməmişəm. Elə hadisə baş verən günün səhəri Nardarana yollandım. Ancaq kəndin girişində hüquq-mühafizə orqanları məni geri qaytardılar. Dedilər ki, Nardarana gedə bilməzsən...

Buna da bax: "Neftin ucuzlaşması manata problem yaradacaq"

- Hacı, ümümilikdə, sizə çatan informasiyalardan gəldiyiniz nəticə nədir? Orda nə baş verib?

- Yenə deyirəm, biz nə baş verdiyini tam bilmirik. Ancaq böyüklərimiz deyib: Kiçik xətasız olmaz, böyük də ətasız. Bir kəndi qazsız, işiqsız, telefonsuz qoymaq düzgün deyil. Mən buna pis baxıram. Necə olur, Azərbaycan höküməti xarici ölkələrə yardımlar edir. Qaz da, işıq da verir. Ancaq öz kəndini aylarla, günlərlə qazsız, işıqsız qoyur...

- Hacı, Nardaran ağsaqqallarının mətbuata deməsinə görə, kənddən həlak olanların da dəfnində ailə üzvləri iştirak etməyib. Buna necə baxırsınız?

- Onlar necə dəfn olunub, mən bilmirəm. Əgər elə olubsa bu da pisdir. Bunu təqdir etmək olmaz...

- Hacı, bu məsələnin həll yollarını necə görürsünüz? Hansısa tövsiyəniz varmı?

- Bəli, mənim Nardaran əhalisinə sözüm var. Qanunlara riayət etmək lazımdır. Dövlətlə dövlətlik etmək olmaz. Ancaq dövlət də öz xalqına sahiblənməlidir. Gücünüz var, bunu Qarabağda göstərin. Öz kəndinə, öz xalqına güc göstərməyi düzgün saymıram...

Həmçinin bax: AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG