Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:29

Neft və neft məhsulları ən baha bu qiymətə daşınacaq


Neft
Neft

-

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası neft və neft məhsullarının Azərbaycan ərazisindən dəmiryolla daşınma tariflərinin yuxarı həddini təsdiqləyib. Dəniz terminallarında göstərilən yükaşırma xidmətlərinin də qiymətləri müəyyənləşdirilib.

Qiymətlər təsdiqlənərkən, «Azərbaycan Dəmir Yolları» QSC-nin, «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınıb.

İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumat görə, tariflərə neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir (cədvəl əlavə olunur).

Aidiyyəti xidmət göstərən subyektlər tariflərə 30 faizədək güzəştlər tətbiq edə bilər.

Maraqlananlar üzləşdikləri problemlə bağlı şuranın ofisinə müraciət edə bilərlər (ünvan: Bakı şəhəri AZ1025, Xocalı prospekti, 37. «Demirchi Tower», telefon: 488-80-38; faks: 488-80-48; e-mail: office@transit.az).

Neft və neft məhsullarının Azərbaycan Respublikasının ərazisindən dəmiryolla daşınma xərclərinin yuxarı həddi

İstiqamətlər

Məhsullar

Ölçü vahidi

Tariflər

(ABŞ dolları)

1.

Dübəndi - Böyük Kəsik

Xam neft

ton

12,00

2.

Ələt - Böyük Kəsik

ton

11,00

3.

Bakı - Böyük Kəsik

ton

11,50

4.

Səngəçal - Böyük Kəsik

ton

11,00

5.

Yalama - Böyük Kəsik

ton

15,20

6.

Qaradağ - Böyük Kəsik

ton

11,00

7.

Dübəndi - Böyük Kəsik

Mazut

ton

13,00

8.

Ələt - Böyük Kəsik

ton

12,00

9.

Bakı - Böyük Kəsik

ton

12,50

10.

Səngəçal - Böyük Kəsik

ton

12,00

11.

Yalama - Böyük Kəsik

ton

15,20

12.

Yalama - Dübəndi

ton

12,27

13.

Böyük Kəsik - Ələt

Reaktiv mühərrik yanacağı

ton

18,00

14.

Dübəndi - Böyük Kəsik

Digər neft məhsulları

ton

14,00

15.

Ələt - Böyük Kəsik

ton

13,00

16.

Bakı - Böyük Kəsik

ton

13,50

17.

Səngəçal - Böyük Kəsik

ton

13,00

18.

Yalama - Astara

ton

14,51

19.

Dübəndi - Astara

ton

10,61

20.

Ələt - Astara

ton

15,05

21.

Bakı - Astara

ton

10,12

22.

Yalama - Böyük Kəsik

ton

17,00

Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən, həmçinin Azərbaycan Respublikasının rezidenti və filial və nümayəndəliyi olan qeyri-rezidenti tərəfindən istismar edilən xarici dövlətlərin bayrağı altında üzən gəmilər vasitəsilə neft və neft məhsullarının tranzit daşınması xidmәtlәrinin tariflərinin yuxarı həddi

İstiqamətlər

Daşıma növü

Məhsullar

Ölçü vahidi

Tariflər

(ABŞ dolları)

1.

Alaca - Səngəçal

Tanker

Xam neft

ton

11,00

2.

Alaca - Dübəndi

ton

11,00

3.

Alaca - Bakı

ton

11,00

4.

Kianlı - Səngəçal

ton

10,00

5.

Kianlı - Dübəndi

ton

10,00

6.

Kianlı - Bakı

ton

10,00

7.

Okarem - Səngəçal

ton

11,00

8.

Okarem - Dübəndi

ton

11,00

9.

Okarem - Bakı

ton

11,00

10.

Aktau - Dübəndi

ton

11,50

11.

Aktau - Bakı

ton

12,00

12.

Aktau - Səngəçal

ton

12,50

13.

Oğuzxan - Səngəçal

ton

10,00

14.

Oğuzxan - Dübəndi

ton

10,00

15.

Oğuzxan - Bakı

ton

10,00

16.

Türkmənbaşı - Bakı

Mazut

ton

11,00

17.

Türkmənbaşı - Səngəçal

ton

11,00

18.

Türkmənbaşı - Dübəndi

ton

11,00

19.

Aktau - Dübəndi

ton

11,50

20.

Aktau - Səngəçal

ton

12,50

21.

Aktau - Bakı

ton

12,00

22.

Türkmənbaşı - Bakı

Digər neft məhsulları

ton

12,00

23.

Türkmənbaşı - Səngəçal

ton

12,00

24.

Türkmənbaşı - Dübəndi

ton

12,00

25.

Okarem - Bakı

ton

14,00

26.

Türkmənbaşı - Bakı

Bərə

Dolu vaqon

p/m

68,00

27.

Aktau - Bakı

p/m

81,00

Neft və neft məhsullarının tranzit daşınması ilə bağlı dəniz terminalları tərəfindən göstərilən yükaşırma xidmәtlәrinin tariflərinin yuxarı həddi

Məhsullar

Ölçü vahidi

Tariflər

(ABŞ dolları)

1.

Xam neft

ton

8,0

2.

Mazut

ton

9,0

3.

Digər neft məhsulları

ton

10,0

XS
SM
MD
LG