Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:44

“İŞİD-lə döyüşməyənlərin” yeni koalisiyası?


Mohammed bin Salman bin Abdul Aziz və Səudiyyə hərbi hava qüvvələrinin komandanlığı
Mohammed bin Salman bin Abdul Aziz və Səudiyyə hərbi hava qüvvələrinin komandanlığı

Səudiyyə Ərəbistanı İslam ekstremizmini “xəstəlik” adlandıraraq terrora qarşı mübarizə məqsədilə 34 ölkədən ibarət koalisiyanın yaradıldığını elan edib

CNN-nin öz saytında dərc etdiyi redaksiya məqaləsində deyilir ki, Səudiyyə Ərəbistanı İslam ekstremizmini “xəstəlik” adlandıraraq terrora qarşı mübarizə məqsədilə 34 ölkədən ibarət koalisiyanın yaradıldığını elan edib.

Səudiyyə vəliəhd şahzadəsinin və müdafiə nazirinin müavini Mohammed bin Salman deyib ki, koalisiyanın yaradılmasından məqsəd İslam dünyasının “bu xəstəliyə” qarşı mübarizədə qrup şəklində iştirakının təmin olunmasıdır.

Müşahidəçilər bildirirlər ki, belə bir koalisiyanın yaradılması barədə bəyanat Qərbin İslam Dövləti adlandırılan təşkilat üzərinə hücumlarını gücləndirdiyi bir vaxta təsadüf edir.

Salman deyib ki, bu gün terrordan Suriya, İraq, “Sinay”, Yəmən, Mali, Nigeriya, Pakistan və Əfqanıstan kimi konkret iztirab çəkən ölkələr var.

Koalisiya əməliyyatları üçün vahid komandanlıq mərkəzinin Riyadda yerləşəcəyi elan edilib.

Xəbər verilir ki, Səudiyyə Ərəbistanından başqa bu koalisiyaya Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Bəhreyn, Banqladeş, Benin, Türkiyə, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Kot-d'İvuar, Küveyt, Livan, Liviya, Maldiv adaları, Mali, Malayzia, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən daxil olacaqlar.

Müsəlman müttəfiqlər indiyədək nə ediblər?

2014-cü ilin sentyabrından bəri Birləşmiş Ştatların silahlı qüvvələri İŞİD-ə qarşı hərbi kampaniyanın aparıcı qüvvəsi olub.

İŞİD-ə qarşı döyüşdüyü deyilən ərəb müttəfiqlər indiyədək neçə hava zərbəsi endirdikləri barədə heç bir məlumat vermirlər

Koalisiyanın hava zərbələrinin 80 faizini, Avropadakı müttəfiqlərin və bir qədər də Kanada və Avstraliyanın dəstəyi ilə məhz Birləşmiş Ştatların təyyarələri endirib. Əslində, ABŞ İŞİD mövqelərini fasiləsiz olaraq bombardman edir.

“Bu kampaniyada Yaxın Şərqin 10 ölkəsi də iştirak edir, lakin bu, kifayət qədər həssas məsələdir” – yazır CNN.

İŞİD-ə qarşı döyüşdüyü deyilən ərəb müttəfiqlər indiyədək neçə hava zərbəsi endirdikləri barədə heç bir məlumat vermirlər.

Pentaqonun bəyanatlarından belə çıxır ki, ərəb müttəfiqlərin az qala yarısı İraq və Suriyada, ümumiyyətlə raket zərbələri endirməyib.

ABŞ rəsmilərindən birinin sözlərinə görə, məsələn, Bəhreyn və İordaniya aylardır ki, bircə bomba da atmayıblar.

Səudiyyə və Birləşmiş Ərəb Əmirlikləri ayda bir dəfə raket zərbələri endirir.

Niyə məhz indi?

İraq və Suriyanın öz talelərinə tapşırıldığı regionda indi yeni müsəlman koalisiyasının yaradılması vəziyyətin dəyişdiyinə işarə ola bilər.

Belə bir baxış təşəkkül tapmaqdadır ki, İŞİD artıq Parisdən Avstraliyayadək böyük coğrafiyada əməliyyatlar apara bilən təşkilata çevrilir.

Ərəb ölkələri indiyədək İŞİD-ə qarşı hərbi əməliyyatlarda daha az gözə dəyməyə çalışıblar və yeni koalisyanın yaradılması bu siyasətin dəyişdiyindən xəbər verməyə də bilər

"Həmişə belə bir fikir hakim olub ki, İŞİD ərəb dövlətlərindən daha çox İran və onun müttəfiqləri üçün təhlükə təşkil edir. Lakin indi, bu baxış dəyişməkdədir” – deyib London İqtisad Məktəbinin professoru Fawaz Gerges.

Alim deyir ki, indi İŞİD təkcə İran və onun Suriya və İraqdakı şiə müttəfiqlərini yox, həm də sünni ərəb dövlətlərini hədələməyə başlayıb.

Burası da var ki, “yeni müsəlman koalisiyasının” real döyüş meydanında nə demək olduğu hələlik bəlli deyil.

“İŞİD təkcə Suriya və İraqda mövcud deyildir. Onun Səudiyyə, Küveyt, Livan və İordaniya kimi ölkələrdə böyük dəstəyi var. Odur ki, bu ölkələr riski minimuma endirmək istəyirlər” – deyir Gerges.

Bəzi təhlilçilər düşünürlər ki, bir çox ərəb ölkələri indiyədək İŞİD-ə qarşı hərbi əməliyyatlarda daha az gözə dəyməyə çalışıblar və yeni koalisyanın yaradılması bu siyasətin dəyişdiyindən xəbər verməyə də bilər.

XS
SM
MD
LG