Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:06

«Parni iz Baku»: «Biz Şimali Koreyada, 1937-ci ildə yaşamırıq…»


«Parni iz Baku»
«Parni iz Baku»

-

«Parni iz Baku» komandasının üzvləri-Azər Məmmədzadə, Bəhram Bağırzadə, Cabir İmanov və Tahir İmanov oxu.az-a müsahibə veriblər.

Bakılı oğlanlar müsahibələrində deyiblər ki, yerli telekanallarda onlara polisi tənqid etməməklə bağlı xəbərdarlıq olunub.

Aktyorlar onlara təzyiq edildiyini, prezidentdən yardım istədiklərini deyiblər.

Tahir İmanov sual edir: «Niyə? Niyə 90-cı illərdə olardı, 2000-ci illərdə olardı, 2015-ci ilin fevral ayına qədər olardı, indi isə olmaz?...Biz ki, yeni heç nə düşünmürük. Ölkə rəhbərliyi hər iclasda hüquq-mühafizə orqanlarında neqativ məqamlar olduğundan danışırsa, o zaman biz niyə danışa bilmərik? Biz sizinlə demokratik ölkədə yaşayırıq. Biz Şimali Koreyada, 1937-ci ildə yaşamırıq».

Manat
Manat

ABŞ DOLLARI BAHALAŞDIRACAQ, MANAT DƏRHAL UCUZLAŞACAQ

«Bizim Yol» qəzeti yazır ki, Federal Rezerv Sisteminin dekabrın 16-da keçirilən iclasından sonra manat ucuzlaşacaq:

«Federal Rezerv Sisteminin iclası olacaq və ilkin nəticələrini açıqlayacaq. Çox böyük ehtimalla təşkilat uçot dərəcələrini artıracaq. Hətta bu, həll olunmuş məsələdir. Uçot dərəcələrinin artırılması Azərbaycana da təsirsiz ötüşməyəcək. Azərbaycan Mərkəzi Bankı gözləyir ki, Federal Rezerv Sistemi bu addımı atsın, ondan sonra manatın yüngül devalvasiyasına başlasın. Bunu isə dünyada gedən proseslərlə izah etməyə çalışacaqlar. Çox güman ki, Mərkəzi Bank belə bir arqument axtarır ki, öz məsuliyyətini xaricdə baş verən proseslərin üzərinə atsın. Yəqin ki, bu, ya da gələn həftə manatın yumşaq şəkildə devalvasiyasının şahidi olacağıq».

Vergilər Nazirliyi
Vergilər Nazirliyi

BİR NAZİRLİYİN 700 İŞÇİSİ ÇİRKABA BULAŞIBSA…

«Azadlıq» qəzeti yazır ki, Vergilər Nazirliyinin xəbərinə görə, bu il qurumun 700 işçisi sahibkarlara qarşı qanun pozuntusuna yol verib. Onlardan 11 nəfər işdən qovulub, qalanları isə cəzalandırılıb:

«Əslində bu, olduqca ciddi rəqəmdir. Belə çıxır ki, nazirliyin əksər əməkdaşları qanunsuz əməllərlə məşğul olub. Etiraf olunan hallar isə ümumilikdə korrupsiyadır. Deməli, təkcə bu il yüzlərlə insandan rüşvət alınıb, qanunsuz cərimələr yazılıb, vəzifədən sui-istifadə edilib və s.

Necə ola bilər ki, 700 əməkdaş eyni qanunsuzluğu təkrar edib? Əgər 5-10 nəfər bu əməllərinə görə cəzalanıbsa, yerdə qalanlar niyə ibrət götürməyib? Deməli, məsələ kimlərinsə özfəaliyyətindən getmir. Sadəcə olaraq işçilər «ümumi qaydalar»a əməl ediblər. Arxayın olublar ki, sistemin mahiyyətinə uyğun hərəkət edirlər. Bütün strukturlarda olduğu kimi bu strukturda da «plan» yerinə yetirilib».

Liman
Liman

AZƏRBAYCAN REGİONUN LOGİSTİKA MƏRKƏZİ KİMİ QƏBUL EDİLİR

«Azərbaycan» qəzeti yazır ki, istehsal etdiyi xam nefti Qərb bazarlarına ixrac edən Azərbaycan böyük iqtisadi dividentlərə nail olub:

«Ölkə başçısı İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin etmiş, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Bu gün hər bir azərbaycanlı ürəkdən inanır ki, ölkədə həyata keçirilən neft siyasəti davamlı inkişaf və tərəqqi prosesini sürətləndirəcək. Əminliklə demək olar ki, Azərbaycanın tranzit potensialının artırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti və qlobal miqyaslı təşəbbüslər də ölkəmizin sosial-iqtisadi inkişafına böyük imkanlar açacaq».

XS
SM
MD
LG