Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:51

Laləlidə yalqız qalan rus fahişələr


Rusiyalı turistlər İstanbulda.
Rusiyalı turistlər İstanbulda.

-

«The Daily Beast» saytında Anna Nemtsova Türkiyənin İstanbul şəhərindən, Laləlidən yazır. Buradakı kiçik butiklər, xəz satılan mağazalar, demək olar, boşdur, keçmiş sovet imperiyası və Afrikadan gəlmiş fahişələr də yalqız qalıb.

Ancaq bu yaxınlaradək buralar rusiyalı alıcılar və müştərilərlə dolu idi. İndi satıcılar əbəs yerə mağazaların önündə qışqırırlar: «Devushka, kurtki, dublyonki!», - xəzlərə alıcı çağırır, həm də rusca səslənirlər. Amma əbəs yerə, ruslar qeybə çəkilib.

Jurnalist yazır ki, iki ölkənin soyuq müharibəsi ölkədə özünü belə sezdirir. Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra ikitərəfli münasibətlər əməlli-başlı gərilib. Rusiya Türkiyəyə mümkün qədər çox sanksiya qoyub, milyonlarla rusiyalını Türkiyədə istirahətdən və alış-verişdən də məhrum edib.

«Hər şey dalana dirənib», - bunu Türkiyədəki Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondundan Vüqar İmanbəyli deyir. Rusiyanın geosiyasəti barədə kitablar yazmış Vüqar hələ də Kremlin kollektivçilik təfəkkürünü anlamağa çalışır: «Türkiyə rəhbərliyi münaqişəni diplomatik yolla həll etməyə səy göstərir. Onlar Rusiya ilə əyləşib söhbət etmək istəyirlər. Ancaq Rusiya, elə bil, qəsdən münaqişəni gərginləşdirir».

Müəllif yazır ki, Laləli bu münaqişənin təsiri duyulan ilk dayanacaq olmalıdır. Bir az öncə Laləlidən və Türkiyənin qalan hissəsindən Rusiyaya tonlarla ərzaq, avadanlıq və geyim göndərilirdi. Hər il 3-4 milyon rusiyalı İstanbula və Antalya çimərliklərinə gedirdi. Hər turist 1000 dollar xərcləyirdisə, bu, Türkiyə üçün milyardlar demək idi.

İndi isə Laləlidə biznesmenlər, siyasi baxışlarından asılı olaraq, Türkiyə və Rusiya prezidentlərini suçlayır. Aziz adlı satıcı Erdoğan-la Putin-in hər ikisini günahkar sayır, belə ki, hər ikisi inadkardır. «Putin Erdoğan-a deyir ki, «bütün mallarını qadağan edəcəyəm, sənə yardım ayırmayacağam, rusları Türkiyəyə getməyə qoymayacağam». Erdoğan isə cavab verir ki, «əlindən gələni elə», - bunu deyən Aziz-dir.

Müəllif hər iki ölkənin ziyana düşdüyünü qeyd edir. Elə Rusiyada da paltaryuyan maşın və soyuducu buraxan «Bosch-Siemens» zavodu dayanıb. Türkiyədən ehtiyat hissələr gəlməsə, zavodu işlətmək, yüzlərlə işçiyə əməkhaqqı vermək çətin olacaq.

Türkiyədə isə nəqliyyat şirkətləri, təchizatçılar kontrakt, pul və iş yerləri itiriblər. «Türk malları dolu yüzlərlə yük maşını Rusiya sərhədində dayanıb. Onları yoxlayıb və geri qaytarıblar. Biznes ölür, yır-yığış edib dönmək vaxtıdır», - 1997-ci ildən Türkiyədə işləyən Gleb Trifonov söyləyir.

Pulların «yuyulması».
Pulların «yuyulması».

RUSLAR OĞURLADIQLARI PULLARI NECƏ «YUYURLAR»

«Hər il dünya üzrə 1 trilyon dolları korrupsioner məmurlar oğurlayırlar. Bu pulu xərcləmək, yəni «yumaq» lazımdır. Bunun böyük bir hissəsi də Birləşmiş Krallıqda daşınmaz əmlaka sərf olunur. Hər ay Böyük Britaniyaya 1.5 milyard dollar həcmində qeydə alınmamış kapital axır». Bunu «The Newsweek» yazır.

Bəs bu pul əsasən haradan gəlir? Rusiyadan. Dekabrın 15-də Vaşinqtonda göstərilən «Rusiyadan nağd pulla» adlı sənədli filmdə məhz bu mövzudan bəhs olunur. Filmdə Britaniya daşınmaz əmlak agentlərinin böyük komisyon əvəzində sövdələşmənin qanuniliyini araşdırmağa meylli olmadığı öyrənilib.

Rusiyanın «Boris» adlı naziri «Nastya» adlı rəfiqəsi ilə Londonun mərkəzində 5-otaqlı, saray kimi mənzilləri gəzir. Hər dəfə də onu fərqli daşınmaz əmlak agenti müşayiət edir.

«The Newsweek» yazır ki, Birləşmiş Ştatlarda belə problem yoxdur, agentlər müştəriləri barədə hesabat verməyə borclu deyillər. Ancaq Birləşmiş Krallıqda durum fərqlidir. Agentə elə gəlirsə ki, potensial müştərisi pul «yuyur», onunla bağlı Milli Cinayətkarlıq Agentliyinə hesabat təqdim etməlidir.

Bu film korrupsiyanın çiçəklənməsini güclü təsvir edir. Filmdəki Boris rolunu Roman Borisovich canlandırıb, o, Rusiyada korrupsiya əleyhinə mübarizə aparan fəaldır. Nastya-nı isə ukraynalı jurnalist Natalie Sedletska oynayır. Bu film «Transparency International» və «Global Witness» təşkilatlarının apardığı kampaniyanın bir hissəsidir. Film artıq Böyük Britaniyada böyük səs-küy doğurub.

Obama
Obama

SURİYAYA GİRMƏMƏKLƏ HƏYATLAR XİLAS OLUNMADI, İTİRİLDİ

ABŞ prezidenti Barack Obama ötən həftə jurnalistlərə deyib ki, son bir neçə ildə Yaxın Şərqə quru qüvvələri göndərməməklə aya 100 insanın həyatını və milyardlarla dolları xilas edib.

«The Washington Post»da Richard Cohen yazır ki, Obama öz aləmində artıq Nobel Sülh Mükafatını qazanıb. Əslində, demək olar, heç kim ABŞ hərbçilərinin Suriyaya yerləşdirilməsini təklif etməyib. Ən çox təklif edilən variant Bashar al-Assad-ın silahlarından qorunmaq üçün qeyri-uçuş zonası yaratmaq idi. Bunu vaxtında etsəydilər, Obama-nın qeyd etmədiyi rəqəmdən, 30 min suriyalının ölümündən qaçmaq olardı. Hələ 4 milyon qaçqını demirik.

«Obama Suriyada durumun tamamilə nəzarətdən çıxmasına gətirmiş siyasətlə öyünməməlidir», - müəllif yazır.

«Bir dəli soyqırımı törədirsə, Birləşmiş Ştatlar nə etməlidir? 2014-cü ildə «İslam Dövləti» silahlı qruplaşması İraqın şimalından yezidiləri ovlamağa başladı. Birləşmiş Ştatlar heç nə etməməliydi? ABŞ hava zərbələrinə başlayandan artıq 5 minədək yezidi öldürülmüşdü. İŞİD hələ də yezidi qadınlardan cinsi kölələr kimi istifadə edir».

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalında izləyin:

XS
SM
MD
LG