Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:32

"Azadlıq" qəzeti 26 yaşında... ağır vəziyyətdə


Azadlıq qəzetinin ilk sayının surəti
Azadlıq qəzetinin ilk sayının surəti

►"Azadlıq” ad gününü ağır bir şəraitdə qarşılayır”

Dekabrın 24-də Azərbaycanın ilk müstəqil və müxalif mətbu orqanlarından olan “Azadlıq” qəzetinin 26 yaşı tamam olur.

Qəzetin ilk sayı 1989-cu il dekabrın 24-də mərhum jurnalist Nəcəf Nəcəfovun redaktorluğu ilə çap olunub. Həmin gün mətbu orqanı 200 min tirajla çıxıb.

Son illər “Azadlıq” böyük maliyyə çətinliyi ilə üzləşib, məhkəmələrə çəkilib, hesabına həbslər qoyulub. Bir neçə dəfə bağlanmaq təhlükəsi ilə də üz-üzə qalıb.

Buna da bax: Ermənilər Putini ruslardan çox sevirmiş​

Ağır şəraitdə ad günü

Qəzetin baş redaktoru Qənimət Zahid hazırda xaricdə, əməkdaşı Seymur Həzi isə həbsdədir.

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev AzadlıqRadiosuna bildirib ki, hazırda qəzet 26 yaşını 26 il bundan əvvəlkindən qat-qat çətin və mürəkkəb bir şəraitdə qeyd edir:

“Bu da Azərbaycan hakimiyyətinin apardığı mətbuat siyasəti ilə bağlıdır. Bu siyasət söz azadlığını boğmaq, söz azadlığını təmsil edən strukturları sıradan çıxarmaq, onların fəaliyyətinə imkan verməməkdən ibarətdir. Bu baxımdan “Azadlıq” ad gününü ağır bir şəraitdə qarşılayır”.

Buna da bax: Bir neçə günə əfv fərmanı imzalanacaq

“Qəzet fədakarlıq nəticəsində çıxır”

Rəhim Hacıyev
Rəhim Hacıyev

Rahim Hacıyev deyir ki, bu gün qəzetin ayaqda qalması onun əməkdaşlarının xidmətidir:

“Əməkdaşlarımızın fədakarlığı nəticəsində qəzet çıxa bilir. Çünki onlar aylardır maaş almamalarına, qəzetin ağır maddi durumda olmasına baxmayaraq, söz azadlığının ön cəbhəsində fəaliyyətlərini davam edirilər”.

Rahim Hacıyev “Azadlıq” qəzetinin oxucularını da unutmur:

“Son dövrlərdə “Azadlıq”ın oxucularının, onların qəzeti almasının hesabına qəzet fəaiyyətini davam etdirir. Çünki qəzetin başqa heç bir maliyyə mənbəyi yoxdur. Oxucularımıza çox təşəkkür edirəm. Onların dəstəyi olmasaydı, qəzet fəaliyyətini davam etdirə bilməzdi. “Azadlıq” oxucuları bu qəzetdə oxumaq istədiklərini oxuya bilməsəydilər, qəzet indiki səviyyədə qala bilməzdi”.

Rahim Hacıyev deyir ki, ağır iqtisadi çətinliklər yaşayan “Azadlıq”ın durumu sonuncu devalvasiyadan sonra daha da ağırlaşıb. Ona görə də qəzet rəhbəliyi qiyməti qaldıracaq:

“Çox çətin vəziyytədir. Ancaq bunu etməsək, “Azadlıq” çıxa bilməz”.

“Azadlıq” qəzeti hazırda 50 qəpiyə satılır.

"Azadlıq" qəzetinin əməkdaşları yayım şirkətindən pullarını tələb edirlər (Arxiv)
"Azadlıq" qəzetinin əməkdaşları yayım şirkətindən pullarını tələb edirlər (Arxiv)

XS
SM
MD
LG