Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:43

Həbsxanada qiymətlər. "Aşağı çarpayı - 200 man..."


►Həbs yerlərindəki vəziyyətlə bağlı hazırlanan hesabatda daha nələr əksini tapıb?

"“Burjuyski” kamerada yer almaq 500- 2000 manata başa gəlir."

“Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı dekabrın 25-də “Həbs yerlərində mövcud vəziyyət, siyasi məhbus problemi və qarşıda duran vəzifələrə dair” hesabat açıqlayıb. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hələlik hesabata münasibətini açıqlamayıb.

Hesabatın müəlliflərindən biri Oqtay Gülalıyev AzadlıqRadiosuna müsahibəsində həbsxanalardakı vəziyyətlə bağlı apardıqları monitorinqin nəticələrindən danışır:

– Əvvəlcə onu deyim ki, hesabat üç istiqamətdə aparılıb: həbsxanalardakı şərait, məhkumların hüquqları və siyasi məhbus məsələləri ilə bağlı əldə edilən məlumatlar təhlil edilib. Həbs yerlərində ətraflı monitorinq aparmaq istəsək də, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyi buna imkan yaratmadı.

– Bəs alternativ məlumatı hardan aldınız?

– Biz keçmiş siyasi məhbuslar, onların vəkilləri, indiki məhkumların ailə üzvləri və konfidensial mənbələrlə əlaqə saxlamışıq, onların fikirlərini dinləmişik, aldığımız məlumatları, faktları da təhlil etmişik.

“Məhbuslar televizora baxa bilirlər”

Oqtay Gülalıyev
Oqtay Gülalıyev

- Bu, sizin həbsxanadakı şəraitlə bağlı birinci hesabatınız deyil, dəyişikliklər vamı?

- Var. Həbsxanalardakı vəziyyət və məhbusların hüquqlarının təmin olunması ilə bağlı az da olsa, müəyyən nəzərəçarpacaq müsbət dəyişikliklər baş verib. Yeni istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri tikilir, köhnələri təmir edilir. Əvvəlki illərlə müqayisədə məhbusların saxlanma şəraiti, yemək, tibbi xidmət, daşınma, nəzarət və s. məsələlərdə az da olsa, müəyyən irəliləyişlər var.Xüsusən, məhbusların yaxınları ilə əlaqə saxlaması, onlarla həftədə bir dəfə telefonla danışmaları, görüşməsi, televiziyaya baxması və radio verilişlərini dinləməsi, qəzet almalarına şərait yaradılmasını və s. qeyd etmək olar. Dustaqların daşınması ilə bağlı vəziyyət, az da olsa, yaxşılaşdırılıb. Real təsir gücünə malik olmasa da Ombudsman aparatının əməkdaşları da vaxtaşırı olaraq həbs yerlərinə baş çəkir, dustaqlarla görüşüb onların şikayətlərini dinləyirlər.

Buna da bax: Üfunətdən evlərini bağlayıb gedirlər

Elə yer var ki, dustaq qış aylarında soyuqdan evdən gətirdiyi iki yorğana bürünüb yatır.

“İstilik problemi var”

- Bunlar müsbət amillərdir, bəs neqativ hallar hansıdır?

- Azərbaycanda olan həbs yerləri - istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin əksəriyyəti Sovet dövründən qalma tikililərdir. Ölkənin hər yerində və bütün dövlət qurumlarında olduğu kimi həbs yerlərində də qanunlar tam gücü ilə işləmir, məhbuslara qarşı münasibətdə ayrı-seçkilik, korrupsiya, qanunsuzluq və işgəncə halları mövcuddur. Tibbi, texniki, maddi təchizat, sosial və digər xidmətlər, o cümlədən, personalın məhbuslarla davranışı çox aşağı səviyyədədir. Dustaqların yemək, qidalanma, geyim, kameraların istiliklə təchizatı problemləri var. Elə yer var ki, dustaq qış aylarında soyuqdan evdən gətirdiyi iki yorğana bürünüb yatır. Əksər həbsxanalar insan həyatı üçün təhlükə mənbəyidir. Həbs yerlərində ölüm faktları qeydə alınır.

Anası həbsdəki jurnalist Xədicə İsmayılovaya yemək aparır. (Arxiv)
Anası həbsdəki jurnalist Xədicə İsmayılovaya yemək aparır. (Arxiv)

– Hesabatda göstərmisiz ki, cəzaçəkmə müəssisələrində normadan artıq məhkum saxlanır.

– Bəli, apardığımız monitorinq zamanı hətta bunu üzə çıxardıq ki, bizdə hətta yer çatışmazlığından korpuslarda olan televiziya otaqlarını ləğv edib yataq otaqları düzəldirdilər. Əvvəllər korpusların hər birində televiziya otağı olub. İndi yalniz korpusdan kənarda 2 televiziya otağı qalıb. Aparılan araşdırmalar göstərir ki, istər İstintaq Təcridxanalarında, istərsə də Cəzaçəkmə Müəssisələrində dustaqlar üçün nəzərdə tutulan adambaşına saxlanma tutumu hazırda normadan artıqdır. Bir dustaq üçün saxlanma sıxlığı minimum 4 kv.m nəzərdə tutulduğu halda bu rəqəm bir çox hallarda 2-2,5 kv.m-ə düşür. Elə cəzaçəkmə müəssisəsi var ki, məhbus yerdə yatır. Biz bir cədvəl tərtib edib orda göstərmişik ki, hansı norma həddində nə qədər məhbus saxlanır. Fikrimcə, bunun səbəbi də ölkədə son vaxtlar müşahidə olunan ucdantutma həbslərdir. Onu da əlavə edim ki, bizi həbsxanalarla bağlı qərəzli yanaşmaqda, obyektiv hesabat hazırlamamaqda tənqid edirlər. Amma elə ABŞ Dövlət Departamentinin Azərbaycandakı həbs yerləri ilə bağlı yaydığı hesabat da bizim monitorinqin nəticələri ilə üst-üstə düşür.

Buna da bax: Qənimət Zahidin qardaşı da işdən çıxarılıb

"“Burjuysku” kamerada yer almaq 500- 2000 manatdır”

- Oqtay bəy, hesabatda həbsxana yerlərində rüşvətlə bağlı da bir cədvəl tərtib etmisiz. Bu, reallığı nə dərəcədə əks etdirir?

- Monitorinq zamanı söhbət etdiyimiz açıq və konfidensial mənbələrin əksəriyyəti həbsxana yerlərində konkret nələrə rüşvət alındığını deyirdi. Onların məlumatları əsasında bu cədvəli tərtib etdik. Məsələn, keçmiş siyasi məhbus Əvəz Zeynallı bildirmişdi ki, məhkuma həftədə 2 dəfə qanuni telefon haqqı verilir, amma məhkum istəsə, pulunu verib hər gün danışa bilər. Bir 15 dəqiqənin qiyməti, zona görə, 1-5 manatdır. Məhbusa sovqat və ya bağlama göndərmək 5-15 manat, məhbusla görüş 20-100 manat, aşağı çarpayıda yatmaq 150- 200 manat, “Burjuyski” kamerada yer almaq 500- 2000 manata başa gəlir.

“Qara siyahı”

Azərbaycanda siyasi məhbusların sayı 100 nəfərdən artıqdır.

- Siz bu hesabata həm də siyasi məhbuslarla bağlı araşdırmanın nəticələrini əlavə etmisiz.

- Bəli, ilk dəfədir ki, hesabatda siyasi məhbus məsələsini də qabartmışıq, geniş araşdırmışıq. Burda həm siyasi məhbuslara işgəncə verən məmurların, həm onlara qarşı saxta ittiham hazırlayan prokurorluq işçilərinin, həm də onların barəsində ədalətsiz hökm verən hakimlərin adlarını çəkmişik. “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının apardığı araşdırmalar göstərir ki, Azərbaycanda siyasi məhbusların sayı 100 nəfərdən artıqdır. Siyasi məhbuslarla bağlı ibtidai istintaqı həyata keçirən prokurorluq əməkdaşları və ədalətsiz məhkəmə hökmü çıxaran hakimlər siyasi sifariş yerinə yetirərək günahsız şəxslərə ağır cəza verməklə qanunları pozur və qeyri- insanı hərəkətlər nümayiş etdirirlər. Amma onların hərəkətinə cəmiyyətin münasibəti hələ tam adekvat deyil. Həmin vəzifəli şəxslərin qanun qarşısında cavab verəcəyi şübhəsizdir. Lakin onların qanunsuz və bədnam əməllərinə qarşı ictimai qınağı gücləndirmək üçün hesab edirik ki, siyasi məhbuslar haqqında sifarişli qərar çıxaran prokurorluq əməkdaşlarının və hakimlərin adları tez- tez ictimaiyyətə təqdim olunmalı və qınanmalıdır. Ona görə də bu şəxslərin qara siyahısını hazırlamışıq.

ABŞ Azərbaycanda sanksiya qoyacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

XS
SM
MD
LG