Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:04

Ekspertin sualı: «Qandallı şəxs üzə bilər?»


Əkrəm Həsənov
Əkrəm Həsənov

-

Mərkəzi Bankın (MB-nin) dekabrın 8-də məzənnə limitinə dair məktubu ekspertlərin diqqət hədəfindədir. Həmin məktubda MB-nin rəsmi məzənnəsiylə digər bankların alış və satış məzənnələri arasında maksimum fərqin əvvəlki 2 faizdən 4 faizə çatdırıldığı bildirilirdi.

«ÜSLUB BƏRBADDIR...»

Bank məsələləri eksperti Əkrəm Həsənov sözügedən məktubun üslubundan narazıdır: «Birinci cümlənin üslubu elə bərbaddır ki, mənasını anlamaq üçün bir neçə dəfə oxumaq lazım gəlir... Həmin cümlədə «hədlərini» əvəzinə «həddi» və ya «hədləri» yazılmalı idi. Nəhayət, o cümlədən aydın deyil ki, bu limit xarici valyutaların manata mübadiləsinə aiddir, ya yox. Çünki cümlədə belə yazılıb: «milli valyutanın xarici valyutaya, habelə xarici valyutaların mübadilə məzənnəsi». İfadənin birinci hissəsi aydındır: manatın xarici valyutayla məzənnəsi. İkinci hissədə isə xarici valyutaların nəyə münasibətdə məzənnəsinin ehtiva edildiyi aydın deyil. Manata? Onda birinci hissədə olduğu kimi «xarici valyutanın milli valyutaya» yazılmalı idi. «Milli valyuta» xatırlanmadığı üçün belə çıxır ki, ikinci hissədə xarici valyutaların bir-birinə qarşı olan məzənnəsi nəzərdə tutulur. Buna görə də sual doğur: bəs xarici valyutaların manata mübadilə məzənnəsi necə olsun? Nəhayət, aydın deyil ki, niyə birinci hissədə «xarici valyuta» tək, ikinci halda isə cəm halda yazılıb».

Mərkəzi Bankın məktubu.
Mərkəzi Bankın məktubu.

«MB MƏKTUBLA HÜQUQ NORMASI YARADA BİLMƏZ»

Ekspert bildirir ki, MB-nin məktubla banklara hüquq norması – ümumi tələb müəyyənləşdirmək yetkisi yoxdur: «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununa əsasən, MB digər bankların məcburi davranış qaydalarını yalnız normativ xarakterli aktla müəyyənləşdirə bilər. «MB haqqında» Qanunda da bu tələb əksini tapıb. Məktub belə bir sənəd olmadığından heç bir hüquqi qüvvəsi yoxdur və banklar ona riayət etməyə məcbur deyil».

«QANDALLI ŞƏXS ÜZƏ BİLƏRMİ?»

Əkrəm Həsənov məsələnin iqtisadi yönünə də toxunur: «MB dekabrın 21-də 2-cidevalvasiyaya gedərkən bəyan etdi ki, bundan sonra manat üzəcək. Banklara məzənnə limiti müəyyən edilirsə, manat necə üzəcək? Qandallı şəxs üzə bilərmi? Bir neçə il əvvəl MB Bakı Banklararası Valyuta Birjasını ləğv etdi. Belə Birja, yəni hovuz olmadan manat harada üzəcək? Harada və necə üzəcəyi bəlli olmayan manatın taleyi hələ çox müəmmalıdır. Hələ bu taleyin kimlərin əlində olduğunu biləndə də ayrıca. Odur ki, özünüzdən və pulunuzdan muğayat olun!».

XS
SM
MD
LG