Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:19

Nə «exchange»lər, nə də banklar dollar satır


Yanvarın 12-də Bakının valyutadəyişmə məntəqələri bağlıdır.
Yanvarın 12-də Bakının valyutadəyişmə məntəqələri bağlıdır.

-

Yanvarın 12-də Bakının valyutadəyişmə məntəqələri bağlıdır. Gözədəyən məntəqə sahibləri AzadlıqRadiosuna işləmədiklərini deyib.

Şəhərin kənarında açıq bir-iki məntəqədə isə dolları ancaq alırlar, satmırlar.

ƏMANƏTÇİLƏR TƏŞVİŞDƏ

Banklarda da valyuta alsalar da, satış yoxdur. Kommersiya bankları dollar və avronu Mərkəzi Bankın məzənnəsinə görə alırlar.

Şəhərdəki bir neçə bankda isə qələbəlikdir. Bankda əmanəti olanlar pullarını çıxarmağa çalışırlar. Əmanətçilərdən bəziləri qoyduqları əmanətə görə alacaqları faizlərin itməsi hesabına olsa belə, pullarını çıxartmaq istədiklərini bildiriblər.

Bəzi əmanət sahibləri isə pullarını kredit kartlarına köçürmək istəyirlər. Bank əməkdaşları onlara həmin kartlardan dollar çıxarda bilməyəcəklərini deyir, çünki bankomatlarda dollar yoxdur.

«QARA BAZAR» İŞLƏYİR

AzadlıqRadiosunun əməkdaşı valyutadəyişmə məntəqələrinin sıx olduğu 28 May küçəsində «qara bazar»ın qızğın fəaliyyətini müşahidə edib. Burada dolların alış qiyməti – 1 manat 90 qəpik-2 manat, satışı isə 2 manat 20 qəpikdir. Bu arada «qara bazar»da alver edənlər növbəti devalvasiyadan danışır, adamları əllərində olan pullarını dəyişməyə həvəsləndirirlər.

Yanvarın 12-də Mərkəzi Bankın məzənnəsinə görə, 1 ABŞ dolları 1.5685 manata bərabərdir. Avronun məzənnəsi 1.7069 manatdır. Ancaq faktiki bu məzənnə nə valyutadəyişmə məntəqələrində, nə də banklarda işləyir.

XS
SM
MD
LG