Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:10

İşləməyən, dollarla kredit borcu olanlar hansı güzəştlər istəyir?


Arxiv fotosu
Arxiv fotosu

-
Hökumət 5 min ABŞ dollarına qədər kredit götürən şəxslərə güzəşt edərsə belə, bu, heç də bir çox insanları çıxılmaz durumdan xilas etməyəcək.

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov yanvarın 19-da bildirmişdi ki, 5 min dollaradək kredit götürən müştərilər borclarını köhnə məzənnə ilə ödəyə bilərlər. İndi belə bir güzəştin tətbiq edilib-edilməyəcəyi hələ dəqiq bilinmir. Üstəlik, bu güzəşt olarsa belə, bu heç də 5 min dollar həcmində kredit götürən bütün müştəriləri tam sevindirməyəcək. Səbəb çox sadədir. Onların bir çoxu işləmir.

«KEÇƏN AY GÜCÜM 50 MANATA ÇATDI»

Biləsuvar rayon sakini Məhərrəm Məmmədov deyir ki, bank olmayan «İnkişaf üçün maliyyə» təşkilatından 2 min dollar kredit götürüb. 2015-ci ilin fevral devalvasiyasına qədər, hər ay 111 manat pul ödəyib. Fevral devalvasiyasından sonra bu məbləğ 148 manata, ötən il dekabrın 21-də baş verən devalvasiyadan sonra isə 175 manata qalxıb:

«Keçən ay tam ödəyə bilmədim. Gücüm 50 manata çatdı. Nə edim, iş yoxdur. 150 manata kirayə qalırdım, kirayədən də çıxmışam. Ailəmi aparıb qoydum rayona. Mən özüm heç, indi düşüblər mənə zamin duran adamın üstünə. Mən oğurluq edəsi deyiləm ki? Lap ödəniş 105-lə olsa belə, bu məni bu pis durumdan çıxarmayacaq. Ya bizə vaxt verilməlidir, ya da biz münasib işlə təmin olunmalıyıq».

«DOSTUM DA MƏNƏ GÖRƏ PİS DURUMA DÜŞÜB»

Bank olmayan «İnkişaf üçün maliyyə» təşkilatının başqa bir müştərisi Nurlan Ağayevin vəziyyəti isə daha ağırdır. Onun iki kredit borcu var. Birini öz adına, o birini isə dostunun adına götürüb. Üstəlik, o da heç harada çalışmır:

«Dostum da mənə görə pis duruma düşüb. Mənə güzəşt o olar ki, dostumun adına götürdüyüm krediti tam dondursunlar. Özüm borc-xərc vəziyyətdən çıxmağa çalışaram. Əslində öz adıma götürdüyüm krediti də iş olmasa, ödəməyim çətin olacaq. Dolanışıq ağırlaşır, qiymətlər də gündən-günə bahalaşır».

Nurlan Ağayev deyir ki, ailələrində bir atası işləyir. Onun da ayrıca kredit borcları var. Bu üzdən indi atası da ona kömək edə bilmir...

XS
SM
MD
LG