Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:09

Geniş özəlləşdirmə proqramı üzərində iş başladı


Kərəm Həsənov
Kərəm Həsənov

-

«Prezident İlham Əliyev tərəfindən geniş özəlləşdirmə proqramının hazırlanması, bu sahəyə investisiyaların cəlb edilməsi barədə tapşırıqlar verilib. Artıq bu istiqamətində tədbirlərə başlanılıb, yeni sahələrin özəlləşməyə açılması ilə bağlı iqtisadi təhlillər aparılır və təkliflər hazırlanır».

APA-nın xəbərinə görə, Əmlak Məsələləri Komitəsinin sədri Kərəm Həsənov belə deyib.

«YERLİ VƏ XARİCİ İNVESTORLAR CƏLB EDİLƏCƏK»

K.Həsənov prosesə aktiv şəkildə yerli və xarici investorların cəlb ediləcəyini bildirib. Onun sözlərin görə, ilk mərhələdə özəlləşdirmənin başlıca məqsədi büdcə yükünün azaldılması və büdcə gəlirlərinin artırılması olacaq. Özəlləşdiriləcək müəssisələrin yenidən qurulmasına, iş yerlərinin açılmasına, daxili tələbatın təmin edilməsinə və ixrac qabiliyyətli malların istehsalına da üstünlük veriləcək:

«Bununla bağlı xarici təcrübə də nəzərdən keçirilir. Prosesə beynəlxalq məsləhətçi şirkətlər və ekspertlərin cəlb edilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə danışıqlara başlanılıb».

«DÖVLƏT ƏMLAKINI BAZAR ÜSULUYLA QİYMƏTLƏNDİRMƏ TƏKLİFLƏRİ…»

K.Həsənov özəl sektorun ÜDM-də xüsusi çəkisinin 85%-iaşdığına, özəlləşdirmə sahəsində geniş təcrübə qazanıldığına və bir sıra strateji müəssisələrin də özəlləşdirildiyinə diqqət çəkək deyib:

«Hazırkı mərhələdə özəlləşdirmə prosesində dövlət əmlakının dünya praktikasında daha çox tətbiq edilən və beynəlxalq standartlara uyğun bazar üsulu ilə qiymətləndirilməsi təklifləri hazırlanıb. Əsasən, investisiya müsabiqələri yolu ilə özəlləşdirmə üsuluna üstünlük veriləcək. Burada hər bir müəssisəyə fərdi yanaşmaların tətbiq edilməsi nəzərdə tutulur. Özəlləşdiriləcək müəssisələr üzrə investisiya layihələri, açılacaq iş yerləri, habelə müəssisənin iqtisadi fəaliyyəti ilə bağlı xarici investorlara təkliflər veriləcək».

XS
SM
MD
LG