Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:49

DB-dən Bakıya kredit verməyə razılıq işarəti


Dünya Bankı
Dünya Bankı

-

Dünya Bankı Azərbaycan hökuməti ilə kompleks tədbirləri müzakirə edir.

Bu tədbirlər hökumətin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi, neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlıdır.

Bu haqda Dünya Bankının Azərbaycandakı nümayəndəliyi yanvarın 30-da məlumat yayıb.

«Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır. Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır» - DB-nın nümayəndəliyi vurğulayır.

Yanvarın 28-də DB-nin Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə nümayəndəliyinin rəhbərliyi Bakıya səfərə gəlib. Mediada gəzən məlumatlara görə, Azərbaycan hökuməti Dünya Bankından 1 milyard həcmində kredit almaq istəyir.

XS
SM
MD
LG