Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:56

Avstraliya yağı Azərbaycan gömrüyündə necə "əriyir"


İllüstrasiya
İllüstrasiya

►Təkcə yağ idxalında, az qala 3 dəfə fərq var. Düzünü kim deyir – gömrük, yoxsa “UN Comtrade”?

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ötən həftə keçirdiyi mətbuat konfransında “bəzi ekspertlər”in illərdən bəri “əyri gömrük statistikası” barədə söylədiklərinin doğru olmadığını iddia etdi.

Amma ekspertlər DGK rəsmilərindən fərqli olaraq, dediklərini faktlarla əsaslandırmağa çalışırlar.

Məsələn, baş gömrükçü ölkələrarası ticarətdə 15 faizlik fərqin keçərli sayıldığını bildirdi. O, gömrük qurumlarının belə uyğunsuzluqların daha sonra aradan qaldırıldığını da sözlərinə əlavə etdi. Amma başqa sual doğur: Rəqəmlər arasındakı fərq 15 faiz deyil, dəfələrlə ölçülürsə, bu halda necə olsun?

İdxal kütləsində 2.8 dəfə, ixdal dəyərində 4 dəfədən çox fərq var

İqtisadçı ekspert Rövşən Ağayev BMT-yə aid bir qaynaqdan – “United Nations Commodity Trade Statistics Database”dən (“UN Comtrade”) kərə yağı nümunəsində gömrükdə böyük həcmli yayınmaya diqqətə çəkib.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Ekspert DGK-nın özünə istinadla yazır ki, 2014-cü ildə Azərbaycana dəyəri 25.1 milyon ABŞ dolları olan 9.8 min ton kərə yağı və süddən hazırlanan digər yağlar gətirilib. Yəni, rəsmi məlumata görə, 1 kq idxal yağının dəyəri 2.5 dollar olub. Amma məsələ burasındadır ki, yağ göndərən ölkələrin “UN Comtrade”-ə təqdim etdiyi məlumata görə, həmin il Azərbaycana 27.8 min ton yağ gətirilib. Yağın bu ölkələrdə Azərbaycan üçün rəsmiləşdirilən ixrac dəyəri 115.4 milyon ABŞ dolları olub. Başqa sözlə, 1 kq üçün təxminən 4 dollar.

Rövşən Ağayev
Rövşən Ağayev

Göründüyü kimi, təkcə kərə yağı üzrə idxal kütləsində 2.8 dəfə, ixdalın dəyərində 4 dəfədən çox fərq var.

Ötən ilin rəsmi məlumatları da fərqli deyil: ixracatçılar Azərbaycana daha çox yağ göndərdiklərini bəyan edir, Azərbaycan gömrüyündən “keçən” kərə və süd mənşəli digər yağlarsa az rəsmiləşdirilir.

Bu təzadı AzadlıqRadioosuna şərh etmək istəməyiblər

“UN Comtrade”in məlumatına görə, 2014-cü ildə Azərbaycana idxal edilən kərə və süd mənşəli digər yağların 80 faizi və ya 22.8 min tonu Yeni Zelandiyanın payına düşüb. İkinici yerdə 4.7 faizlə (1.4 min ton) Avstraliya gəlir.

DGK-da bu təzadı AzadlıqRadioosuna şərh etmək istəməyiblər.

AzadlıqRadiosunun Yeni Zelandiyanın dövlət statistika qurumundan əldə etdiyi məlumata görə, 2015-ci ilin 9 ayında bu ölkədən Azərbaycana ümumi dəyəri 60 milyon dollardan çox kərə yağı göndərilib. Azərbaycan gömrüyündə isə bu dövrdə Yeni Zelandiya istehsalı olan 11 milyon dollar dəyərində yağ rəsmiləşdirilib. Əvvəlki ilin 9 ayı ilə müqayisədə leqal idxal nəinki artıb, əksinə, 5 milyon dollar aşağı düşüb. Hərçənd, Azərbaycan gömrüyünə görə, çəki ifadəsində Yeni Zelandiya yağlarının idxalı, vur-tut, 146 ton azalıb.

Az qala, 3 dəfə baha qiymətə satılır

Ticarət şəbəkəsində yerli məhslları üstələyən Yeni Zelandiya yağları gömrük rüsumunu və vergiləri ödəmək üçün 1,80 (3 manatdan çox) dollar dəyərində rəsmiləşdirilir. Dükanlarda isə Yeni Zelandiyadan gətirilən kərəyağı 8 manatdan ucuz qiymətə ala bilməzsən.

İnsafən, demək lazımdır ki, yerli kərə yağları indi xaricdə istehsal olunan analoqlarından, orta hesabla, 15 faiz daha baha qiymətə satılır.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

XS
SM
MD
LG