Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:48

Tale Bağırzadə məhkəmədə işgəncədən danışdı


Tale Bağırzadə, 2013
Tale Bağırzadə, 2013

►İlahiyyatçıya hələ də ailəsilə əlaqə saxlamağa imkan verilmir

Fevralın 5-də "Müsəlman Birliyi Hərəkatı" təşkilatının rəhbəri Taleh Bağırzadənin məhkəmə şikayətinə baxılıb.

Şikayət ilahiyyatçının Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində «qanunsuz saxlanması, orada işgəncələrə məruz qalması, müdafiə hüququnun pozulması” barədədir. Həsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə qapalı keçirilən məhkəmə iclasında Taleh Bağırzadə özü də iştirak edib.

Taleh Bağırzadənin vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, ilahiyyatçı məhkəmədə çıxış edib və məruz qaldığı işgəncələrdən danışıb. Lakin müdafiəçi onun nələr dediyini açıqlamayıb. Bildirib ki, məhkəmənin qərarından sonra bu barədə ictimaiyyətə ətraflı məlumat verəcək.

Məhkəmə şikayətlə bağlı qərarını fevralın 9-da açıqlayacaq.

SOVQAT QƏBULUNA DA İCAZƏ VERİLMİR

Vəkil qeyd edib ki, Taleh Bağırzadə artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına köçürülüb. Lakin hələ də onun yaxınları ilə telefon danışığına, ailə üzvlərilə görüşünə, hətta sovqat qəbuluna da icazə verilmir.

Bu iddialara Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. Onun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı CM-nin 15-dən artıq maddəsilə ittiham irəli sürülüb.

Fevralın 5-də Baş Prokurorluq məlumat yayaraq, Taleh Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 68 nəfərin həbs olunduğunu açıqlayıb. Məlumata görə, həbs olunanların 57 nəfəri Bakı və ətraf kəndlərin, 11-i isə Gəncə və digər şəhərlərin sakinləridir.

"Müsəlman Birliyi Hərəkatı" dövlət qeydiyyatına alınmayıb.

_____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

XS
SM
MD
LG