Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:04

Neftçi ailələri etiraz edirlər


Aksiya
Aksiya

-

Xəzərin «Günəşli» yatağındakı qəza zamanı itkin düşən neftçilərin ailə üzviləri və yaxınları Prezident Administrasiyası önündə etiraz aksiyası keçirirlər.

İtkin düşən neftçilərin ailə üzvləri axtarışların aparılması vəziyyətindən narahatdırlar. Onların fikrincə, axtarış getmir, belə axtarışla hansısa nəticəyə nail olmaq mümkün deyil.

«Bizi Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev qəbul etmir. Sorğularımıza cavab ala bilmirik, ona görə də ümidimiz dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya qalıb» - deyə ailələrdən birinin nümayəndəsi bildirib.

Aksiya iştirakçıları axtarışların sürətləndirilməsini, itkin düşən neftçilərin cəsədlərinin tezliklə tapılmasını istədiklərini bildirirlər. İtkin düşən neftçilərin ailələrinin məqsədi Prezident Administrasiyasında məsullarla görüşmək və axtarış sahəsində irəliləyişə nail olmaqdır.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında yanğın baş verib. Bu zamanı 64 nəfərdən 34 nəfər xilas edilib. 7 meyit dərhal aşkar edilib, sonra axtarış nəticəsində daha 6 meyit tapılıb. 17 neftçi hələ də itkin düşmüş sayılır və cəsədləri tapılmayıb.

VİTSE-PREZİDENTLƏ GÖRÜŞDƏN İMTİNA ETDİLƏR...

İtkin düşən neftçilərin ailə üzvlərini Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev qəbul etməli idi. Bu haqda itkin düşən neftçilərdən birinin yaxını Esmira Əhmədova bildirib.

Esmira Əhmədova deyib ki, fevralın 11-də Prezident Administrasiyasında olublar. Elə bu məlumatı da onları administrasiyada qəbul edən Əli Orucov adlı rəsmi şəxs deyib. Xanımın sözlərinə görə, Ə.Orucov ARDNŞ prezidenti ilə danışaraq onlarla görüşməsini xahiş edib.

İtkin düşən neftçi ailələrinin təmsilçiləri R.Abdulayevlə görüşmək üçün ARDNŞ-ə gediblər. Ancaq onları qurumun vitse-prezidenti Xalıq Məmmədov qəbul edib. Üstəlik, mətbuat nümayəndələrinin görüşdə iştirakına icazə verilməyib: «Hər dəfə Xaliq Məmmədovla görüşürük, nəticə yoxdur. Prezident Administrasiyasından deyildi ki, bizi Rövnəq Abdullayev qəbul edəcək».

Esmira Əhmədovanın sözlərinə görə, itkin düşən neftçi ailələrinin yaxınları görüşdən imtina edərək yenidən Prezident Administrasiyasına gediblər.

XS
SM
MD
LG