Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:26

"Bir ailənin pulunu necə rahat yemək olar?"


İllüstrasiya
İllüstrasiya

►“Xeyli səhmdar var ki, hətta onu məhkəməyə də veriblər. Yenə xeyri olmayıb.

Qazancın xeyrini yalnız özü və dostları olan dörd səhmdar görür”

“Səhmlərdən gələn gəlirin çox hissəsini özünə götürür, yerdə qalanını özünə yaxın bildiyi bir-iki səhmdarla bölüşdürür”.

Tamella Bəyəliyeva AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, həyat yoldaşı Tahir Bəyəliyev 35 il Lənkəran rayonundakı sərnişindaşıma avtobazasında sürücü işləyib. Bir neçə il əvvəl avtobazanın fəaliyyəti dayanmaq üzrə ikən yeni sədr İlqar Məmmədov işçilərə avtobazanı səhmdar cəmiyyətə çevirməyi təklif edib:

“Təklif elədi ki, hər sürücü səhm yatırsın və səhmdar cəmiyyət yaradılsın. Yoldaşım bizim ailəyə məxsus 6 özəlləşdirmə çekini səhm kimi avtobazaya yatırdı. Beləcə Cəmiyyət yaradıldı, İlqar Məmmədov da sədr seçildi. Elə həmin ərəfədə yoldaşım vəfat etdi”.

“8 İLDİR ARXASINCA DÜŞMÜŞÜK”

Xanımın deməsinə görə, elə hər şey də yoldaşının vəfatından sonra başlayıb. Ailə avtobazanın gəlirindən səhmdar kimi yararlanmaq üçün dəfələrlə sədrə müraciət etsə də, heç nəyə nail ola bilməyib:

“Düz 8 ildir ki, İlqar Məmmədovun arxasınca düşmüşük. Tək biz deyilik, çoxlu səhmdarlar var ki, hətta onu məhkəməyə də veriblər. Yenə xeyri olmayıb. Qazancın xeyrini yalnız özü və dostları olan dörd səhmdar görür”.

İlqar Məmmədov həmin məhkəmə proseslərində cavabdeh tərəf kimi çıxışında bildirib ki, Lənkəran Sərnişindaşıma Səhmdar Cəmiyyəti gəlirsiz fəaliyyət göstərir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Ancaq Tamella xanım razılaşmır:

“Kəndlərə və şəhəriçi fəaliyyət göstərən avtobuslar gəlirlə işləyir. Sadəcə, İlqar Məmmədov qazancın yarısından çoxunu özünə götürür”.

“BU AİLƏNİN PULUNU NECƏ RAHAT YEMƏK OLAR?”

Tamella xanım vaxtilə bu özəlləşdirmə çeklərinə çox bel bağlayıbmış. Yoldaşının min əziyyətlə tikdiyi dördotaqlı mənzilin təmirinə, övladlarını evləndirməsinə görə gözünü bu çeklərə dikibmiş:

“5 övladım var, Qızları köçürmüşəm, oğlanları evləndirə bilmirəm. Böyük qızım vəfat edib, onun balalarını da mən qəyyumluğa götürmüşəm, məktəblidilər. Pullarımızı qaytarsalar, evimizi təmir etdirərik, övladlarıma gün ağlayaram. Təqaüd almıram, özüm də ürək xəstəsiyəm, qan təzyiqindən əziyyət çəkirəm. Axı belə bir ailənin pulunu necə rahat yemək olar?”

Hüquqşünas Vaqif Alıyev deyir, Tamella Bəyəliyeva həyat yoldaşından sonra birinci dərəcəli varis hesab olunur və o, 8 il ərzində itirilmiş gəlirlərə görə səhmdar cəmiyyəti məhkəməyə vermək hüququna malikdir:

“Əgər xanımın əlində bu illər ərzində Cəmiyyətin gəlirlə fəaliyyət göstərdiyini sübut edən faktlar varsa, o, səhm sahibi kimi ailəsinə düşən itirilmiş gəliri tələb edə bilər”

Buna da bax...

Göyərti satıb, kredit ödəyən qadın
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

XS
SM
MD
LG