Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:53

60 tikinti şirkətinin işi araşdırılır


Tikinti
Tikinti

-

Prezident Administrasiyası tikinti sahəsində maaşların verilməməsi, onların dələduzluqlara məruz qalmaları ilə bağlı əməlləri araşdırır.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun «Azərbaycan» qəzetində dərc edilən məqaləsində bəhs edilir. Məqalə «Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir» adlanır.

Məqalədə qeyd edilir ki, ev tikintisində vətəndaşları aldadılması, bir mənzilin bir neçə şəxsə satılması və vətəndaş pul ödəsə də, mənzil ala bilməməsi faktları araşdırılır.

Qeyd edilir ki, bəzən müəssisə və ya idarə ləğv edilsə də, vətəndaşa çatacaq maaşlar verilmir.

S.İsmayılov bildirib ki, bu mövzuda kollektiv şikayətlər daha çox olub: «Bəzi şirkətlərlə bağlı cinayət işləri başlanaraq onların rəhbərləri həbs edilsə də, bu sahədə nöqsanlar hələ tam aradan qaldırılmayıb».

XS
SM
MD
LG