Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:49

Banklar devalvasiyadan 1 milyard itirib


Manat
Manat

-

Azərbaycan bankları iki devalvasiyada 1 milyard manat itiriblər.

«Report»un xəbərinə görə, bunu Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev deyib.

C.Abdullayev bunun iri itki olduğunu ifadə edib. Onun deməsinə görə, bank sektorunun ən çox gəlir əldə etdiyi il 2014-cü il olub. Həmin ildə banklar 250 milyon manat qazanıblar.

C.Abdullayev bankların faiz dərəcələrinin yüksək olması fikirlərinə qatılmadığını bildirib.

«Bank sektorunda kredit marjası (kredit və depozit üzrə faiz dərəcələri arasındakı fərq) 4.5 faizdir. Bankların insanları soyması və kreditləşmədən 18 faiz gəlir əldə etməsi kimi yanlış fikirlər səslənir. Bankların vəsaiti 12 faizlə alıb, 30 faizlə verməsi insanları aldadır. Çünki qazanc 18 faiz deyil. Ölkənin maliyyə bazarı inkişaf etməyib, banklar kreditləri əsasən əmanətlər hesabına maliyyələşdirir. Onlar həmin əmanətləri istiqraz, yaxud digər maliyyə alətində qiymətləndirə bilmir. Ona görə də əmanət yerləşdirildikdən, onun kredit verilməsinə kimi müddətdə bu pul gəlir gətirmir», - deyə C.Abdullayev qeyd edib.

2015-ci ildə Azərbaycanda manatın iki devalvasiyası baş verib. Bu devalvasiyalarla manat dollar qarşısında təqribən 100 faizə yaxın dəyər itirib.

XS
SM
MD
LG