Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:22

İranda parlament və ekspertlər məslisinə seçki keçirilir


Ayatollah Ali Khamenei
Ayatollah Ali Khamenei

İranın Ali dini lideri Ayətulla Ali Khamenei ölkə vətəndaşlarını fevralın 26-da seçkilərdə fəal iştiraka çağırıb.

“Millətimizi erkən səs verməyə çağırıram… Onlar namizədlər arasında müdrik seçim etməlidirilər. Seçkidə fəallıq İranın düşmənlərini dilxor edəcək”, deyə o, səs verəndən sonra deyib.

Bu gün İranda 290 yerlik parlament və 88 yerlik Ekspertlər Məclisinə seçki keçirilir.

Bu məclis ali dini lideri təyin edə və yauzaqlaşdıra bilər.

İran ötən il dünya gücləri ilə nüvə sazişi əldə edəndən sonra bu, ölkədə keçirilən ilk seçkidir.

Səsverməyə həmin saziş və onun imzalanmasına nail olan mötədil prezident Hassan Rouhaninin siyasətinəbir referendum kimi də baxılır.

Qeyd edək ki, islahatçılar və Rohaninin tərəfdarları sazişi dəstəkləyir, sərt xətt tərəfdarlarə olan mühavizəkarlar isə ona qarşı çıxır.

Ölkə boyu 53 min seçki məntəqəsi fəaliyyət göstərir.

XS
SM
MD
LG