Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:54

Türkmənistanın “Qızıl Əsr”i çat verir


Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov
Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov

-

Türkmənistan hakimiyyəti uzun illərdir ölkənin “Qızıl Əsr”də yaşadığından danışmaqdan yorulmur. Ancaq son vaxtlar vəziyyət dəyişir. Artıq türkmən hakimiyyətində də çatlar görünür. Alternative Turkmenistan News saytının qurucusu və jurnalisti Ruslan Matiyev deyir ki, son zamanlar ölkənin iqtisadyyatında, ictimai həyatında insan azadlıqları baxımından çox şey dəyişib.

Dünya bazarında qazın qiymətinin düşməsi Türkmənistanda da zəncirvari reaksiya doğurub. Böhran bu vaxta qədər pulsuz olan kommunal xərcləri də vurub. İlk işartı kimi, keçən il hakimiyyət pulsuz olan işıq, qaz və suya olan subsidiyalarda ixtisarlar edib. Düzdür, qiymətlə hələ çox aşağıdır. Ancaq belə fikilər var ki, subsidiyalar tamamilə götürülsə, kommunal xərclərin də qiyməti sürətlə qalxa bilər.

TÜRKMƏNİSTAN HAKİMİYYƏTİ İŞSİZLİK HAQDA DANIŞMAĞI SEVMİR

arxiv foto
arxiv foto

İşsizliyin artması haqqında da xəbərlər var. Ancaq Türkmənistan hakimiyyəti bu haqda danışmağı sevmir. Xaricdə fəaliyyət göstərən bəzi müxalif saytlar ölkə daxilindəki mənbələrə istinadən qaz sektorundakı ixtisarlar haqqında da yazıb. Növbəti illərdə qaz sektorunda işləyənlərdən yarısının işsiz qalacağı haqqında fikirlər də səslənir. Bu yaxınlarda isə hakimiyyət kəndlərdən şəhərə kütləvi axına qadağa qoyub. Bununla paytaxtda işsizlərin çoxalmasının qarşısını almaq istəyir. Eurasia Net jurnalının Mərkəzi Asiya üzrə redaktoru Piter Leonard isə bildirir ki, Türkəmınistan hakimiyyəti uzun illər sosial-iqtisadi problemlərlə bağlı şikayətlərə cavab olaraq bildirirdi ki, ağ mərmərlər, böyük layihələr, stadionlar, ippadromlar iqtisadi yüksəlişin əlamətləidir.

İCTİMAİ NARAZILIQLAR DA BAŞ QALDIRIR

Son vaxtlar Türkmənistanda son 20 ildə görünməmiş ictimai narazılıqlar haqqında xəbərlər yayılır. Ötən yay şərqi Lebap vilayətinin qaz sahəsində işləyən fəhlələr tətil etmişdilər. Bundan sonra tətil edənlərin kütləvi həbsləri başlamışdı. Ölkədəki narazılıqlar haqqında yazanlar isə repressiyalara məruz qalır. Jurnalist Saparmamed Nepeskuliyevin həbsi buna misaldır. O narkotik maddə saxlamaq ittihamı ilə həbs edilib. Saxlanan zaman bu haqda yaxınlarına məlumat verilməyib, vəkillə təmin olunmayıb.

Türkmənistan hakimiyyəti cidd-cəhdlə çalışır ki, ölkədən kənara məlumatlar çıxmasın. Alternative Turkmenistan News saytının qurucusu və jurnalisti Ruslan Matiyev deyir ki, bu, repressiyların daha da artacağından xəbər verir:

“İnsanlar hazırkı siyasətdən narazılıqlarını bildirdikcə repressiyalar, təzyiqlər daha çox gözə çarpır”.

arxiv foto
arxiv foto

Gəlirlərin azalması hakimiyyətdaxili mübarizənin güclənməsinə gətirib çıxara bilər. Son bir neçə həftədə hökumətdə istefalar baş verib. Eurasia Net jurnalının Mərkəzi Asiya üzrə redaktoru Pite Leonardın fikrincə, bu, məhz pərdəarxası mübarizənin nəticəsi ola bilər. Ruslan Matiyev də bu fikri bölüşür. Onu da əlavə edir ki, bu mübarizənin mənbəyi iqtisadiyyatın bütün sahələrinə nəzarət edən prezident Kurbankulu Berdmuhammadovun ailəsidir. Bütün bunlar isə prezidentə üçüncü , bəlkə də daha artıq müddətə hakimiyyətdə qalmaq imkanı verəcək Konstitusiya dəyişiklikləri fonunda baş verir.

XS
SM
MD
LG