Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:49

Dollara tələbat təklifi 6 dəfə üstələyib?


Dollar
Dollar

-

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Mərkəzi Bankın (MB) vasitəsi ilə martın 7-də keçirilən hərracda satışa 50 mln. ABŞ dolları həcmində valyuta çıxarıb.

«Report» bu xəbəri bank dairələrindəki mənbələrə istinadən yayıb.

Xəbərdə qeyd edilir ki, hərracda kommersiya banklarının dollara olan faktiki tələbatı ARDNF-nin təklif etdiyi məbləğdən 6 dəfə çox, təxminən 300 mln. dollar olub.

Ötən həftənin cümə günü ARDNF hərracda satışa 100 mln. dollar həcmində valyutanıçıxarmışdı. Kommersiya banklarının tələbatı isə bundan təxminən 3 dəfə artıq, yəni 290 mln. dollar olmuşdu.

Ancaq ötən həftə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirmişdi ki, bankların bütün dollar tələbatı ödənilir.

XS
SM
MD
LG