Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:33

Siçan zəhəri içərək intihar edib


Foto illüstrasiya
Foto illüstrasiya

-

Gəncədə qadının siçan zəhəri içərək intihar etdiyi bildirilir.

«Report»un xəbərinə görə, hadisə şəhər qəbiristanlığında baş verib. Gəncə sakini 45 yaşlı Nahidə Məmmədova anasının qəbri üzərində siçan zəhəri içərək intihar edib.

Onu şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

45 yaşlı N.Məmmədovanın 4 övladı varmış.

Gəncə Prokurorluğu intiharın səbəbini araşdırır.

Azərbaycanda mətbuatında hər gün intihar xəbərləri verilir. Ancaq ölkədə intiharların rəsmi statistikası aparılmır.

XS
SM
MD
LG