Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:58

Erdoğan gəlmir, Əliyev gedir?


-

Türkiyə prezident Receb Tayyib Erdoğanın Azərbaycana gözlənilən səfərinin yenə təxirə salındığı bildirilir.

Bu barədə Türkiyə mediası xəbər verib. Buna səbəb kimi Martın 13-də Ankara Kızılay meydanında baş verən terror olayı göstərilir.

Bunu əvəzində, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə gedəcəyi deyilir.

Bakıda planlaşdırılan Yüksək Səviyyəli Strateji əməkdaşlıq Şurasının iclasının da Ankarada keçiriləcəyi yazılır.

Türkiyə prezidenti martın 15-də Azərbaycana gəlməli idi.

O, buna qədər yenə terror olayı üzündən Azərbaycana bir dəfə də gəlişini təxirə salmışdı.

R.T.Erdoğan onda da Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün fevralın 18-də Bakıya gəlməli idi. Lakin fevralın 17-də Türkiyədə baş verən terror üzündən bu səfəri də təxirə salmışdı.

Buna da bax:

Əli Kərimlinin müşavirinə cəza istənildi
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

XS
SM
MD
LG