Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:19

Jurnalist ölkədən buraxılmayıb


Gülər Mehdizadə
Gülər Mehdizadə

-

Jurnalist Gülər Mehdizadənin ölkədən çıxışına qadağa qoyulduğu bildirilir. Bu barədə xəbəri jurnalistin özü yayıb.

O, martın 19-da Türkiyəyə gedərkən sərhəddən buraxılmadığını deyir: «Çıxışıma hansı səbəbdən qadağa qoyulduğunu izah etmədilər. Bir müddət öncə də Gürcüstana gedərkən sərhəddən geri qaytarmışdılar. Sonra vergi fəaliyyətimi yoxlamağa başladılar. Əsasən «Meydan TV» ilə əməkdaşlığımla, oradan pul alıb-almamağımla maraqlandılar. Bildirdim ki, mən «Meydan TV» ilə əməkdaşlıq etməmişəm. Yalnız başqa media orqanlarına, şəxsi bloquma yazdığım bir neçə yazı istinadla orada dərc olunub. Məni heç «Meydan TV» ilə bağlı istintaqa da çağırmayıblar. Belə olan halda hansı əsasla ölkədən çıxışıma qadağa qoyulub?».

Jurnalist səfərə çıxmazdan öncə ölkə prokurorluğu ilə əlaqə saxlayıb. Deməsinə görə, ona «məsələni vergi müfəttişinə deyin, problem olmayacaq» cavabı verilib. Ancaq yenə də sərhəddən buraxılmayıb.

Gülər Mehdizadə əlaqədar qurumlara sorğu göndərdiyini, problemi həll olunmazsa, məhkəməyə üz tutacağını deyir.

XS
SM
MD
LG