Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:35

Yunusları xaricə buraxmağa çağırırlar


Leyla Yunus və Arif Yunus
Leyla Yunus və Arif Yunus

-

Hüquq Müdafiəçilərinin Qorunması üzrə Observatoriya (OPHRD) Leyla və Arif Yunusların müalicə məqsədilə Azərbaycandan çıxışına icazə verilməsi üçün kampaniyaya başlayıb.

OPHRD İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı (OMCT) və İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyanın (FIDH) birgə proqramıdır.

Kampaniyada prezidentə, baş prokurora, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinə, ədliyyə nazirinə və BMT-nin Azərbaycandakı missiyasına müraciət edilir. Onlardan Yunusların müalicə üçün xaricə göndərilməsinin təmin edilməsi və təqiblərə son qoyulması istənilir.

Observatoriya xaricdə müalicədən imtina ilə bağlı məhkəmənin qərarından təəssüfünü bildirir. Qeyd edilir ki, bu, Yunusların fiziki toxunulmazlığını ciddi risk altına alır.

Observatoriyanın bu çağırışı Yunusların müalicə üçün Almaniyaya getməsinə icazə verilməməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 11 mart tarixli qərarına reaksiyadır. Bundan öncə, fevralın 11-də də Yasamal Rayon Məhkəməsi cütlüyün xaricə getməsinə icazə verilməsini təmin etməmişdi.

A.Yunus hipertoniya, L.Yunus hepatit, diabet və öddaşı xəstəliklərindən əziyyət çəkir. Onların deməsinə görə, həbsdən sonra bu xəstəliklər kəskinləşib. Hər ikisinin təcili əməliyyata və tibbi yardıma ehtiyacı olduqları bildirilir.

Leyla Yunus 2015-ci il avqustun 13-də Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. Onun həyat yoldaşı Arif Yunus isə 7 il həbs cəzası almışdı. Sonradan onların həbs cəzası şərti cəza ilə əvəzlənib. Hər iki şəxs ölkəni tərk etməmək şərti ilə azadlığa buraxılıblar.

XS
SM
MD
LG