Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:21

O, necə taksi sürücüsü oldu?


Taksi
Taksi

-

«İkinci devalvasiyadan sonra ölkədə rayonlararası taksi sürücülərinin sayı kəskin artıb».

Bunu AzadlıqRadiosuna belə sürücülərdən biri Məftun Muradov bildirib.

Sürücünün deməsinə görə, ötən il baş verən birinci devalvasiyadan sonra artım o qədər də çox olmayıb: «Amma 2015-ci il dekabrın 21-dən sonra bu say kəskin artdı. Elə hesab edək ki, 100 faiz də üstünə gəldi. Birdən birə bu qədər taksi olan yerdə xaos yaşanmağa başladı».

FƏHLƏLİK QURTARDI, SÜRÜCÜLÜK BAŞLADI...

Məftun Muradov taksi sürücülərinin artmasına əsas səbəb kimi tikinti, yol çəkilişi işlərinin dayanmasını göstərir. Üstəlik, onun deməsinə görə, Rusiyada yaşanan böhran qazanc dalınca bu ölkəyə gedənlərin də sayını azaldıb: «Bundan sonra isə «işlək» olan bir sahə qalırdı ki, bu da «takosvatlıq» etmək idi. Kimi qohumunun maşınını, kimi icarəyə maşın götürməklə taksi sürücülüyü edir».

MÜŞTƏRİ UĞRUNDA MÜBARİZƏ

M.Muradov deyir ki, indi taksi sürücüləri arasında «müştəri uğrunda mübarizə» gedir:

«Bayram günlərində bu özünü daha aydın göstərir. Belə ki, tamam başqa işdə çalışanlardan bir çoxu boş vaxtlarında əlavə qazanc əldə etmək üçün taksiçiliyə qoşulurlar. Bayramın ilk günlərində rayona gedənlər çox olursa, sonunda şəhərə qayıdanlar çox olur. Bu devalvasiyalara qədər hər iki tərəfə müştəri olurdu. İndi isə sürücülər və avtomobillər o qədər çoxalıb ki, ən yaxşı halda 1-2 müştəri tapa bilirsən».

YOL QƏZALARI ARTIR...

Sürücünün deməsinə görə, hətta daha çox müştəri qazanmaq bəzən yol qəzalarına belə gətirib çıxarır. O, qeyd edir ki, indi taksi sürücülərinin çoxu heç peşəkar deyil: «Uzaq yerə getmək, yəni 3-4 saat maşın sürmək xüsusi hazırlıq tələb edir. Sürücü var ki, bir dəfə də olsun uzaq məsafəyə maşın sürməyib. Amma birdən-birə bu yolu getmək istəyir, bu da problemlərə səbəb olur. Bəzən isə insan həyatına başa gəlir».

XS
SM
MD
LG