Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:52

Mağazalar da borcların dollarla qaytarılmasını istəyir


Bakı dükanında...
Bakı dükanında...

-

«Biz martın 1-dən fəaliyyətə başlamışıq və bir ay ərzində 300-ə qədər vətəndaş bizə müraciət edib».

Bunu «Antikollektor» MMC-nin rəhbəri Əkrəm Həsənov AzadlıqRadiosuna bildirib.

O, qeyd edib ki, 100-ə qədər vətəndaşın banklarla bağlı şikayətinə baxılıb. 30-dan çox vətəndaşla isə məhkəməyə baş vurulması üçün müqavilə imzalanıb. Ə.Həsənov müraciət edən vətəndaşlara hüquqi məsləhətlərin pulsuz verildiyini söyləyib:

«Biz müraciət edənlərin hüquqlarının qorunmasını təmin etmək, borcların qaytarılmasında ədalət prinsipinə əməl olunmasını istəyirik. Əsas hədəfimiz budur».

Ə.Həsənov deyib ki, müraciət edənlərin hamısı təkcə banklara kredit borcları ilə bağlı deyil. Onların sırasında lombardlara, nisyə mal götürərək dükanlara borclu olanlar da var: «Təsəvvür edirsən, insan nisyə mal götürüb, mağaza həmin pulun dollarla qaytarılmasını tələb edir. Ortada belə faktlar var».

BORC QAYTARILMALIDIR, AMMA...

O, vətəndaşların banklarla çəkişmələrinin uzun çəkəcəyini düşünür. Ə.Həsənovun fikrincə, borclar qaytarılmalıdır. Amma bu, ədalətlə olsa, daha yaxşı olar və bütün ağırlığı təkcə vətəndaşın çiyninə qoymaq insafdan deyil.

Ə.Həsənov bir aylıq fəaliyyətlərinin ilk 10-15 günündə müəyyən təzyiqlərlə üzləşdiklərini deyir: «Bu təzyiqlər həm banklar tərəfindən, həm müəyyən məmurlar tərəfindən olurdu. İndi belə təzyiqlər yoxdur və ya hələ ki yoxdur».

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dolar qarşısında təqribən iki dəfə dəyər itirib. Bundan sonra dollarla kredit götürən vətəndaşların ödəmələrində ciddi problemlər yaşanmağa başlayıb.

Ölkədə borclu vətəndaşa yardım göstərməyi hədəf seçən ilk antikollektor şirkətinə münasibət birmənalı olmayıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı hələ martın 3-də Milli Məclisdə antikollektorların fəaliyyətini kəskin tənqid etmişdi. O, antikollektorların yardımçı deyil, insanlara bank borclarını qaytarmamağın yollarını öyrədən bir qurum olduğunu deyərək, sözünü belə bitirmişdi: «Mən qayıdanda, o şirkətlə məşğul olacağam».

XS
SM
MD
LG