Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:52

XİN Ermənistanı günahlandırır


XİN
XİN

-

«Ermənistanın mülki obyektləri artilleriya atəşinə tutmasını beynəlxalq ictimaiyyət kəskin qınamalıdır».

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, aprelin 2-nə keçən gecə Ermənistan ağır silahlardan istifadə etməklə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub. «Cəbhə xəttinə yaxın ərazilərdə mülki əhalinin sıx yaşadığı məntəqələr də Ermənistan Silahlı Qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb»,-deyə o bildirib.

Onun deməsinə görə, mülkü şəxslər arasında ölən və yaralananların olması ilə bağlı xəbərlər var: «Mülki şəxslər arasında ölən və yaralananlar, şəxsi mülkiyyətə ciddi zərər dəyməsi haqqında məlumatlar var. Beynəlxalq humanitar hüquqa uyğun olaraq, Ermənistan tərəfindən mülki obyektlərin artilleriya atəşinə tutulması beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılmalıdır».

XİN sözçüsü bu hadisələrin Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü il aprelin 2-də işğalı ilə eyni günə düşməsini təsadüf saymır: «Kəlbəcərin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası 822 (1993-cü il) saylı qətnamə qəbul edib. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrini də Ermənistan yerinə yetirmir».

H.Hacıyev son olaraq deyib: «Münaqişənin həllinə nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsi yerinə yetirilməlidir. Beynəlxalq ictimaiyyət qəti şəkildə Ermənistan silahlı qüvvələrinin bütün Azərbaycan ərazilərindən çıxarılmasını rəsmi Yerevandan tələb etməlidir».

XS
SM
MD
LG