Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:42

Dollara tələbat yenə azalıb?


Dollar
Dollar

-
Aprelin 15-də növbəti valyuta hərracı keçirilib.

Neft Fondu bildirir ki, hərraca 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Bu vəsaitdən cəmi 2.4 milyon ABŞ dolları hərraca qatılan 4 banka satılıb.

Son günlər yenə ölkənin bankları valyuta hərraclarına bir elə maraq göstərmirlər.

Əslində, bu tendensiya Novruz bayramından sonra özünü göstərməyə başlayıb. Hərçənd, arada bir neçə hərraca daha çox bank qatılmışdı.

Bu proses bütünlükdə manatın möhkəmlənməsi ilə müşahidə edilir. Müstəqil ekspertlər bunu hökumətin ölkədə xarici valyutaya qarşı təzyiq siyasətinin tərkibi sayır.

XS
SM
MD
LG