Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:24

Nazirlik marketlərdə yoxlamanı təsdiqlədi


►Xronometraj yoxlaması...

Vergilər Nazirliyi “Neptun” və “Grand” marketlər şəbəkəsinə aid mağazalarda yoxlamaların aparılması barədə xəbərləri təsdiqləyib.

Nazirliyin analitik informasiya xidmətindən Report-a bildiriblər ki, adıçəkilən mağazalarda dövriyyənin müəyyənləşdirilməsi məqsədilə xronemetraj müşahidəsi təyin edilib.

Nazirlik bildirir ki, yoxlamalar vergi qanunvericiliyinə uyğun aparılır və mağazaların işinə heç bir əngəl yaratmır.

“Məcəllədə xronometraj metodu ilə müşahidə aparmaq vergi orqanlarının hüquqlarına aid edilib. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növüdür. Vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə mütəmadı olaraq aparılır. Bu zaman onların normal fəaliyyətinə heç bir maneə yaratmır” - deyə nazirlikdən qeyd ediblər.

___________________________________________________________

Bunlara da bax:
Cəbhə xətti - Talış kəndindən yeni görüntülər
Azərbaycanlılar sərhəddə 12 kilo qızılla tutuldular

___________________________________________________________

Aprelin 20-də səhər saatlarından başlayaraq “Neptun” və “Grant” marketlər şəbəkəsində vergi yoxlamalarına başlanmışdı.

Ötən həftəsonu isə «Rahat», «Bizim», «Fresko», «Səbət», «Makromart», «Araz», «Neptun», «Bolmart», «Favorit» kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət etmişdilər. Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini bildirirdilər. Onların xəbərdarlığına görə, vergi dərəcələri aşağı salınmasa, ixtisarlara və fəaliyyətlərini dayandırmağa məcbur olacaqlar.

Bir gün əvvəl isə sahibkarlari İqtisadiyyat naziri Ş.Mustafayev qəbul etmişdi.

Buna da bax: Bakının mərkəzində bağlanan dükanlar

XS
SM
MD
LG