Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:30

Azərbaycan İrana 0,5 milyard kredit verir


Azərbaycan və İran arasında dəmiryolunun inşasına 1 milyard dollara başa gələcəyi planlaşdırılır
Azərbaycan və İran arasında dəmiryolunun inşasına 1 milyard dollara başa gələcəyi planlaşdırılır

-

Azərbaycan İrana Rəşt-Astara dəmir yolunun inşasını maliyyələşdirməyə 500 milyon dollarlıq kredit verəcək.

Bu barədə Trend-ə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib. Nazirin sözlərinə görə, Qəzvin-Rəşt-Astara xətti İran və Azərbaycanın dəmir yollarını birləşdirəcək.

“İran Qəzvin-Rəşt sahəsində infrastrukturun yaradılması üzrə işin 92 fazini yerinə yetirib. Sahədə relslərin qoyulması qalıb, buna yaxın günlərdə başlayacaqlar. Qəzvin-Rəşt sahəsinin 2016-cı ilin sonuna qədər tam hazır olacağı gözlənilir”- deyə, Vaezi bildirib.

Dəmiryolunun təməl qoyma mərasimi
Dəmiryolunun təməl qoyma mərasimi

Rəşt-Astara sahəsi haqqında danışarkən nazir qeyd edib ki, layihənin öyrənilməsi yekunlaşıb. İran onun maliyyələşdirilməsinə hazırlaşır:

“Rəşt-Astara dəmir yolunun inşası bir milyard dollara yaxın vəsait tələb edir. Onun 0,5 milyard dollarını Azərbaycan kredit şəklində ayıracaq. Azərbaycan krediti “Şimal-Cənub” layihəsinin gerçəkləşməsini sürətləndirəcək”.

Nazir əlavə edib ki, vəsaitin qalan hissəsini İran ayıracaq. O bildirib ki, İran və Azərbaycan sərhədində - Astaraçay çayı üzərindən körpünün salınması layihələşdirilib. Azərbaycan tərəfi layihənin icrasına başlayıb.

Layihə üzrə xərclər İran və Azərbaycan arasında yarıbayarı bölünüb.

Astaraçay üzərində inşa edilən körüpünün təməli aprelin 20-də qoyulub.
Rəşt-Astaraxəttinin çəkilməsi iki ölkənin dəmir yolunun birləşdirilməsində İran tərəfdə görüləsi işlərə aiddir.

XS
SM
MD
LG