Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:42

SOCAR-ın ötən il gəliri olmayıb


SOCAR loqo
SOCAR loqo

«SOCAR-ın 2015-ci ildə mənfəəti olmayıb»

APA-nın xəbərinə görə, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

S. Qasımov qeyd edib ki, dövlət şirkətinin ili zərərlə başa vurmasına bir neçə səbəb var: «Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi. Eyni zamanda manatın devalvasiya olunması nəticəsində SOCAR ötən ili 1 milyard manatdan artıq zərərlə başa vurub. Buna baxmayaraq, xarici valyutada ifadə olunan aktivlərimizin dəyərini manata çevirdikdə təxminən o qədər müsbət məzənnə fərqi əldə etmişik. Beləliklə, deyə bilərik ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub».

XS
SM
MD
LG