Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:26

Yeni «siyasi məhbus» siyahısı açıqlanıb


Siyasi məhbuslar
Siyasi məhbuslar

Siyahıda 103 məhbusun adı var.

Siyasi Məhbusların Monitorinqi Mərkəzi 103 məhbusdan ibarət yeni siyahı açıqlayıb. Mərkəz onları siyasi məhbus sayır.

Martın 17-də əfv edilmiş 14 məhbusun, həmçinin həbsi şərti cəza ilə əvəzlənən altı nəfərin adı yeni siyahıdan çıxarılıb.

Turan-ın xəbərinə görə, yeni siyahıda 8 jurnalist və blogerin adı var. Onlar Əbdül Əbilov, Nicat Əliyev, Xədicə İsmayıl, Seymur Həzi, Araz Quliyev, Tofiq Həsənov, Fərəc Kərimov və Rəşad Ramazanovdur.

Bundan əlavə, siyahıda bir hüquq müdafiəçisi – vəkil Əlabbas Rüstəmov gənc fəal, NİDA üzvü İlkin Rüstəmzadə var.

Müxalifət fəallarından isə orada İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifli, Qədir Xudabaxışov, Elvin Abdullayev, Zeynalabdin Bağırzadə və Nazim Mahmudov yer alıb.

Eyni zamanda siyahıya bir qrup dindarın da adı salınıb. Bunlar da bir neçə yarımqrupa bölünürlər.

Bundan əlavə, siyahıya ömürlük mühakimə olunan keçmiş XTPD üzvləri Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladovun adı daxil edilib.

Keçmiş nazirlər Əli İnsanov və Nicat Quliyevdə siyahıdadır. «Nardaran hadisələri» üzrə ittiham edilən daha 25 yeni ad da siyahıya daxil edilib.

Mərkəzin rəhbəri Elşən Həsənov bildirib ki, sonuncular siyahıya Avropa Konvensiyasının 2 (işgəncələrə qadağa), 6 (ədalətli məhkəmə çəkişməsi hüququ), 9 (fikir, vicdan və din azadlığı) və digər maddələrinin pozulması ilə əlaqədar daxil ediliblər.

«Əslində bu iş üzrə həbs olunan çoxdur. Biz siyahıya barəsində məlumat əldə etdiyimiz şəxsləri daxil etmişik» - E.Həsənov vurğulayıb.

Hökumət nümayəndələri açıqlamalarında Azərbaycanda siyasi məhbusların olmadığını deyirlər. Hakimiyyət rəsmilərinin mövqeyinə görə, sadalanan bu şəxslər konkret əməllərinə görə, cinayət məsuliyyətinə cəlb ediliblər.

XS
SM
MD
LG