Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:58

«Manat məzənnəsini qoruyacaq»


Azərbaycan manatı, birmanatlıq
Azərbaycan manatı, birmanatlıq

Son günlər manatın dollara nisbətdə sabitliyi və ya nisbətən bahalaşması müşahidə olunur. Ölkənin maliyyə bazarında nə baş verir? Manatın sabitliyini, yaxud bahalaşmasını şərtləndirən amillər nədir?

AzadlıqRadiosu-nun bu və digər suallarını iqtisadçı Samir Əliyev cavablandırır:

– Samir bəy, bir neçə gündür ki, «dollar ucuzlaşır» ifadəsinə daha çox rast gəlinir. Manatı bahalaşdıran səbəblər nədir?

Azerbaijan – economist Samir Aliyev, Baku, 09Apr2010
Azerbaijan – economist Samir Aliyev, Baku, 09Apr2010

– Əslində, mart ayından başlayaraq manatın dollara nisbətdə bahalaşması müşahidə edilir. Bunun iki səbəbi var: birincisi odur ki, əhali əlindəki vəsaiti dollara çevirib və tələbat kəskin azalıb, ikincisi də manat qıtlığı ucbatından banklar keçirilən dollar hərraclarına qatıla bilmir. Mərkəzi Bank manat kütləsini azaldıb, hazırda maliyyə bazarında manatın dövriyyəsi 6,7 milyard manatdır, ötən ilin bu vaxtı dövriyyə 9 milyard manata yaxın idi, bir il əvvəl isə 12 milyard manat idi. Manatın azalmasına görə banklar da əllərindəki milli valyutanı öz müştərilərinə yönəldirlər, nəinki dollar alışına sərf edirlər. Bu da ona gətirib çıxarır ki, Neft Fondu bazara valyuta çıxarsa da, banklar onu ala bilmir, ya da, ən yaxşı halda, 20-30 faizini ala bilirlər. Buna görə də Mərkəzi Bank son bir ildə ilk dəfə olaraq, 40 milyondan çox dollar almaq məcburiyyətində qalıb. Əks halda, manat daha da möhkəmlənə bilərdi.

«Mərkəzi Bank dolları çox ucuzlaşdırmaqda maraqlı deyil»

– Belə çıxır ki, dollar ajiotajı bitdi?

– Manatın möhkəmlənməsinin iqtisadi əsasları yoxdur. Dediyim kimi, Mərkəzi Bank süni yollarla manatı dollara nisbətdə möhkəmləndirir, ancaq dolların da çox ucuzlaşmasını istəmir. Mərkəzi Bank müdaxilə etməsəydi, bir dollar 1.40-1.45 manata düşə bilərdi. Manatın ucuzlaşması Neft Fondunu daha çox dollar satmağa məcbur edə bilərdi. İndi isə Neft Fondu ehtiyatlarını qoruyur. Mərkəzi Bank bazara daha çox manat buraxsa, o zaman banklar əllərində olan vəsaiti dollar alışına sərf edəcəklər. Yəni «dollar ajiotajı manat qıtlığı üzündən müvəqqəti səngiyib» deyə bilərik.

«Bankların gəlirləri kəskin azalıb»

– Ölkənin maliyyə bazarının uzun müddət manat kasadlığı yaşamasının fəsadları nə ola bilər?

– İndi Mərkəzi Bank çətin bir seçim qarşısındadır: ya pul kütləsini məhdudlaşdırmaqda davam etməlidir, bununla manatı və inflyasiyanı qorumalıdır. Digər tərəfdən, iqtisadiyyat manat qıtlığı yaşayır və indiki vəziyyət sahibkarlıq subyektlərinin kreditləşməsini məhdudlaşdırır. Mərkəzi Bank ölkə iqtisadiyyatının inkişafı üçün manat kütləsini artırmağa məcburdur. Bu zaman da manatın ucuzlaşmasının, inflyasiyanın qarşısını ala bilməyəcək.

Samir Əliyev: manat niyə bahalanır?
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00
Direct-ə keçid

– Bu nə qədər davam edə bilər? Axı, ikisindən biri seçilməlidir.

– Bəli, uzun müddət davam edə bilməz. Diqqət yetirirsinizsə, iqtisadiyyatın həcminin kiçilməsi müşahidə edilir, bankların gəlirləri kəskin azalıb. Belə çox davam edə bilməz. Büdcə xərcləmələrinin artırılması qaçılmazdır. Məcbur olub bir qədər pul buraxmalı olacaqlar. Bayaq da qeyd etdim, Mərkəzi Bank məcbur olub hərracda 40 milyon dollar aldı, bununla dövriyyəyə manat buraxdı. Az da olsa, bazara manat kütləsi buraxacaq, ancaq görünən odur, hələ ki, Mərkəzi Bank cibini geniş açmaq istəmir.

«Hələ ki, havadan devalvasiya qoxusu gəlmir»

– Samir bəy, bəzi mütəxəssislər üçüncü devalvasiya proqnozu verirlər. Proses bunu göstərirmi?

– Dediyim kimi, manatın sabitliyinin və ya indiki məzənnəsinin iqtisadi əsasları yoxdur. Ancaq bu gün devalvasiyadan danışmaq aktual deyil. Təbii ki, ehtimal həmişə var. Düzdür, üzən məzənnə var deyə, belə bir şey baş versə, adına devalvasiya yox, «üzən məzənnə» deyəcəklər. Fikrimcə, may, hətta iyun aylarında manat 1.50 civarındakı məzənnəsini qoruyacaq. İlin ikinci yarısında manatın bu məzənnəsini qoruması çətin ola bilər.

XS
SM
MD
LG