Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:30

Yeni Günəşlidə "keçəl qız" əməliyyatı- [Fotolar]


►“Gəlirlər, “gecə qara, cücə qara” deyib, soxulurlar parklara, ağacları səhərə qədər kəsib daşıyırlar."

“Gecənin bir vaxtı gördük səs gəlir, eyvandan boylandıq ki, parkda iş gedir. Ağaclar kəsilir”.

Suraxanı rayonu, Yeni Günəşli, A-B yaşayış massivi, Abbas Fətullayev küçəsinin sakinləri iki gecədir ki, yatmayıb ərazidəki yaşıllığın keşiyini çəkirlər.

Mayın 15-dən 16-na keçən gecə parkda ağac kəsimindən xəbər tutan sakinlərin yuxusu ərşə çəkilib.

Ərazidə yaşayan Rövşən Qafarov AzadlıqRadiosuna danışır ki, kəsim işlərini aparan şəxslər işi dayandırmadıqlarından əraziyə polis gəlib:

“MAŞINLARA MİNİB ARADAN ÇIXDILAR”

“Səs-küyə çıxdıq, gördük, iri maşınlar dayanıb, parkda 20-yə yaxın adam vardı, ağacları kəsib maşınlara yükləyirdilər. Səs-küy saldıq, “102”-yə zəng vurduq, polislər gəldi, ağacları qıranların bir hissəsini özləri ilə şöbəyə apardılar, bir hissəsi isə maşınlara minib aradan çıxdılar”.

Mayın 16 və 17-də sakinlər parka toplaşaraq ağac kəsiminə etirazlarını bildiriblər.

Lakin səslərinə nə icra hakimiyyətindən, nə də rayon ekologiya şöbəsindən səs verən olmayıb.

Rövşən Qafarovun deməsinə görə, polisə aparılan şəxslər də qısa müddətdən sonra bölmədən buraxılıb.

Onlar da qərara alıblar ki, ağacların keşiyini elə özləri çəksinlər.

____________________________________________________________

Bunlara da bax:
«Əmanətçinin hər qəpiyi yubadılmadan qaytarılmalıdır»
Pürrəngi çayın yeni adı: Korrupsiya bulantısı

____________________________________________________________

“GECƏ QARA, CÜCƏ QARA”

Sakin Elşən Həsənov ağacların yaxınlıqdakı şirkət tərəfindən kəsildiyini deyir:

“Yaxınlıqda bir şirkət hündürmərtəbəli yaşayış binası tikir. Ağacları həmin şirkət kəsdirir. Həmin tikinti yerinə də gedirik, qarşımıza çıxan yoxdur. Gəlirlər, “gecə qara, cücə qara” deyib, soxulurlar parklara, ağacları səhərə qədər kəsib daşıyırlar. Səhər çıxırsan ki, park keçəl qıza oxşayır. Düz adamsan, bunu gündüz elə, gecədən xeyli keçmiş niyə gəlib parkı doğrayıb tökürsən?”

131 saylı binanın sakini Alidə Atakişiyeva:

“Gəlirlər, görürlər parkın keşiyini çəkirik, qayıdıb gedirlər. Biz olmasaq, qalan ağacları da kəsərlər”.

Suraxanı rayon icra hakimiyyətindən məsələni araşdıracaqlarını bildiriblər. Sakinlərsə deyirlər, bu boyda qurumun bir parkda başlanan ağac kəsimindən xəbərsiz olması inandırıcı deyil.

Buna da bax: "Burda necə sağlam əsgər böyüdək?!"

"Burda necə sağlam əsgər böyüdək?!"
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

XS
SM
MD
LG