Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:23

Naxçıvanda «sosializm qurulub»


Prezident Əliyev Naxçıvanda, 2014
Prezident Əliyev Naxçıvanda, 2014

►Muxtar respublikada qiymətlərin qalxmadığı bildirilir

Dövlət Statistika Komitəsi (DSK) bölgələrin istehlak bazarında qiymətlərin dəyişkənliyinə dair məlumat yayıb.

Açıqlamaya görə, bu ilin yanvar-aprel aylarında Bakıda qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə, orta hesabla, 9,9 faiz, Siyəzəndə 23,7 faiz, Naxçıvanda isə, vur-tut, 1 faiz bahalaşıb.

Rəsmilər Naxçıvanda ərzağın ucuzlaşdığı deyir, vətəndaş əksini söyləyir...

Rəsmi məlumatda deyilir ki, ölkənin hər yerində bahalaşma tüğyan etdiyi halda, Naxçıvanda ərzağın qiymətləri, əksinə, 0,7 faiz ucuzlaşıb.

Belə təsəvvür yaranır ki, muxtar respublikada yenə sovet dönəmi yaşanmaqdadır: o zaman da qiymətlər tam nəzarətdə olub və inflyasiyaya, əslində, rast gəlinməyib. Bəs gerçək durum necədir?

Bölgədə yaşayan siyasi fəal Yaşar Bağırsoy AzadlıqRadiosuna deyib ki, ölkədə qiymətlər necə qalxırsa, Naxçıvanda da eyni vəziyyət gözə dəyir:

«Manat dəyərsizləşəndən bəri hökumət orqanları bir müddət inzibati üsullarla qiymətlərin qalxmasına imkan vermədi. Amma aydındır ki, bu, uzun müddət çəkə bilməzdi. İndi qiymətlər, ölkənin başqa bölgələrində necədirsə, Naxçıvanda da elədir. Xüsusən aprel ayında qiymətlər çox kəskin qalxdı. Bölgədə sosial durum və məşğulluq da yaxşı səviyyədə deyil».

(Ardı aşağıda)

Tələbat yerli istehsal hesabına ödənilir?

Rəsmi rəqəmlərsə başqa şey deyir. Bütövlükdə ölkədə qeyri-ərzaq mallarının, orta hesabla, 15,2 faiz bahalaşdığı etiraf edilir. Masallıda və Siyəzəndə bu göstərici 30 faizi aşır. Naxçıvana gəlincə, burada qeyri-ərzaq mallarının qiymətlərində illik hesablamada 3,3 faiz artım olduğu açıqlanır.

Bir fakt da diqqət çəkir ki, ilin ilk 3 ayında Naxçıvan Muxtar Respublikası xarici ticarət dövriyyəsinin həcmi bir il öncəyə nisbətən 8,5 faiz artıb və 64,2 milyon ABŞ dolları olub. Məlumatı muxtar respublikanın Dövlət Statistika Komitəsi verib.

____________________________________________________________

Bunlara da bax:
«Əmanətçinin hər qəpiyi yubadılmadan qaytarılmalıdır»
Pürrəngi çayın yeni adı: Korrupsiya bulantısı

____________________________________________________________

Xarici ticarət dövriyyəsinin 52,6 milyon dolları ixracın, 11,5 milyon dolları idxalın payına düşüb. Deməli, ölkənin xarici ticarətində mənfi saldo olduğu halda Naxçıvanda kənara satılan məhsulun həcmi gətirilən məhsulu 41,1 milyon dollar üstələyir. Muxtar respublikanın rəhbərliyi iddia edir ki, əhalinin əksər ərzaq və bir çox qeyri-ərzaq məhsullarına ehtiyacı yerli istehsal hesabına ödənilir.

Naxçıvan MTN nazirini döyüb, üzünə tüpürüblər - Vəkil

XS
SM
MD
LG