Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 03:31

"O boyda Şəkidə bir yer tapılmadımı gənclərə kitab sevgisi paylayaq?"


Şəkinin bir kəndində məktəb
Şəkinin bir kəndində məktəb

-

Bakıda Charles Kitabxanası
Bakıda Charles Kitabxanası

Bakıda bir qrup gəncin yaratdığı "Charles kitabxanası" rayonlara kitab turları təşkil etmək fikrinə düşüb. Bu məqsədlə onlar rayonların icra hakimiyyətlərinə məktub yazıblar.

"Bakıdan xeyli miqdarda hər zövqə uyğun kitablar yığırdıq ki, aparaq. Bundan əlavə, ədəbi söhbətlər keçirməyi düşünürdük. Üstəlik, kitab almağa imkanı olmayanlara pulsuz kitablar da paylamağı planlaşdırırdıq, yarmarka da keçirəcəkdik."

Kitabxanadan İsmayıl Həsənzadə OxuZalına deyir ki, "Gənclərin ədəbi marağının istiqamətləndirilməsi və mütaliə həvəsinin artırılması" başlığı altında tur keçirmək üçün Şəki İcra Hakimiyyətinə müraciət ediblər, amma əvvəl süründürməçiliyə salınıb, sonra rədd ediliblər.

"İcra başçısının müavini ilə əlaqə saxladıq, dedi ki, bu işi kitabxananın rəhbərinə tapşırdıq. Üç gün keçdi, yenidən əlaqə yaratdıq, dedilər, razıyıq. Sonradan kitabxana müdiri ilə əlaqə qurduq, dedi, sizə sabaha dəqiq cavab verəəcəyik. Sonra isə dedi ki, bu ay alınmayacaq, şəhər tədbirlərimiz var. Gələcəkdə baxarıq."

"Görəsən, bu boyda şəhərdə bir yer tapılmadımı biz gənclərə kitab sevgisi paylayaq? Özü də qəsdən xüsusi günləri mayın 28-29-nu seçmişdik."

İ.Həsənzadə deyir ki, bölgələrdə apardıqları müşahidələrə görə, orada insanlar kitaba acdırlar. "Düzgün, düz-əməlli kitab dükanları yoxdur, maariflənmə çox aşağıdır. Nə olsun ki, məktəblər var."

Şəki Şəhər Kitabxanasının direktoru Seyid Vahabov telefonda OxuZalına deyir:

"O gəncləri İcra Hakimiyyəti mənə ona görə yönləndirib ki, mən bir mütəxəssis kimi kitablara baxım, görüm o gətirilən kitabların məzmunu məqsədəuyğundurmu, dini, başqa məqsədli kitablar yoxdu ki. Amma kütləvi tədbirlərin keçirilməsinə görə İcra Hakimiyyəti icazə verməlidir, icazə verməyiblərsə, mənlik bir iş yoxdur."

Şəki İcra hakiminin köməkçisi Ziya Vəliyev isə OxuZalına deyib ki, bu, icazə verməmək deyil, "Müstəqillik günü ərəfəsində şəhər mərkəzi məşğul olacaq, biz o gəncə demişik ki, başqa vaxt. Bir də ki, məktubla olmaz, əvvəlcə kitablardan nümunələr götürüb gəlməlidir İcra Hakimiyyətinə, biz baxmalıyıq nə məzmunlu kitablardır.

XS
SM
MD
LG