Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:35

"Moody's"-a görə Azərbaycanda problemli kreditlər 25 faizə çatacaq


Arxiv fotosu
Arxiv fotosu

-

"Moody's" beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə növbəti reytinq azaltması gözlənilmir”

Bunu Agentliyin kiçik vitse-prezidenti, analitik Mariya Malyukova deyib.

Report-un xəbərinə görə, M.Malyukova bütün neqativ amillərin ilin əvvəlindəki reytinq azaldılması zamanı nəzərə alındığını qeyd edib.

Onun deməsinə görə, yaxın 12-18 ayda Azərbaycanın bank sektorunda müsbət dəyişikliklər gözlənilmir: "Azərbaycan iqtisadi resessiya dövrünə daxil olub. Bu il ÜDM-in 3,3 faiz azalacağını gözləyirik. Fiskal vəziyyət pisləşib".

Mariya Malyukova həmçinin deyib ki, bankların kreditləşməsi azalacaq: “Problemli kreditlərin ilin sonuna 20 faizə çatacağı proqnozlaşdırılır. İlk rübdə bankların kredit portfeli 9 faiz azalıb. Azərbaycan Beynəlxalq Bankını (ABB) istisna etsək bankların problemli kreditləri artıq 25 faiztəşkil edir. Kapitalın aktivlərə nisbəti ilin əvvəlindəki 11,2 faizdən martın 1-nə 10,9 faizə çatıb", - deyə "Moody's" rəsmisi qeyd edib.

Fitch beynəlxalq reytinq agentliyi iki həftə öncə Azərbaycanda problemli kreditlərin 10 faizə yaxınlaşdığını bildirirdi. Ümumilikdə isə ölkədə 1,5 milyard manat problemli kreditlərin olduğ qeyd edilirdi.

Bu ilin fevralında "Moody’s" beynəlxalq reytinq agentliyiAzərbaycanın reytinqini aşağı salmışdı."Baa3" səviyyəli dövlət istiqrazları və emitent reytinqləri "Ba1" səviyyəsinə endirilmişdi.

Moody's qeyd edirdi ki, Azərbaycan karbohidrogenlərdən çox asılıdır. Azərbaycanın ixracının 90 faizindən çoxunu neft və qaz təşkil edir.Bu ÜDM-in təxminən üçdə birini təmin edir.

Bir müddət öncə isə bu beynəlxalq reytinq agentliyi Rusiyadakı böhranın Azərbaycana da mənfi təsir göstərəcəyini proqnozlaşdırmışdı.

XS
SM
MD
LG