Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:04

Xədicə: "İşimə davam edəcəm!"


Khadija Ismail
Khadija Ismail

►Jurnalist Xədicə İsmayıl: "Ofşorlarda daha çox şirkət üzə çıxdı"

“Hakimiyyət hesab elədi ki, məni həbs eləməklə tənqidlər azalacaq, amma həmkarlarım çox sağ olsun ki, işi yarımçıq qoymadılar, iş daha da gücləndirildi, mənim həbsimdən sonra daha çox araşdırma oldu və ofşor zonalarda gizlədilən daha çox şirkət üzə çıxdı”

Bunu AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayıl mayın 25-də azadlığa çıxdıqdan sonra AzadlıqRadiosuna müsahibəsində deyib.

Xədicə ismayıl bu işdə əməyi olan yerli və beynəlxalq jurnalistlər, habelə onun və digər siyasi məhbusların azadlığa çıxması uğrunda mübarizə aparan hüquq müdafiəçiləri və vəkillərə təşəkkürünü bildirib.

Jurnalist fəaliyyətinə qadağa qoyulması ilə bağlı şayiələrə gəldikdə isə Xədicə İsmayıl qərarda belə bir şey olmadığını deyib və bildirib ki, bu peşə hətta 2Azərbaycan kimi repressiv bir ölkədə də lisenziyalı failiyyət növü deyib".

O, həbsdən çıxandan sonra da jurnalist kimi fəaliyyətini davam etdirəcəyini bildirib və qeyd edib ki, bunu heç kim ona qadağan edə bilməz.

Xədicə İsmayıl deyib ki, həbsdə olanda da yazıları çıxırdı və "onlar bunun qarşısını ala bilmirdilər, o ki qaldı azadlıqda qarşısını alsınlar."

Qeyd edək ki, Xədicə İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxılıb.

Vəkili Fariz Namazlı məhkəmənin qərarının onlar üçün gözlənilməz olduğunu deyib.

O, bildirib ki, Xədicə İsmayıla ümumilikdə 5 maddə üzrə ittiham verilmişdi, 125-ci maddə üzrə elə Ağır Cinayətlərə Dair Məhkəmə zamanı bəraət aldı, bu gün isə Ali Məhkəmə ağır cinayətlər sayılan iki maddə üzrə - 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib. Amma digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəzanı şərti cəza ilə əvəzləyib. Bu maddələr az ağır hesab olunan maddələrdir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub.O, bütün ittihamları rədd edir və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

XS
SM
MD
LG