Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:12

Nazir: “Öncə qoşunlar çıxarılmalıdır” 


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

-

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenini qəbul edib. Xəbəri nazirliyin saytı yayıb.

Xəbərə görə, görüşdə Azərbaycanla ATƏT Parlament Assambleyası arasında əməkdaşlığın gələcək perspektivləri, regional məsələlər və Dağlıq Qarabağ münaqişəsinə dair fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov cəbhədəki son vəziyyət və ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə mayın 16-da Azərbaycanla Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşündən danışıb.

“Münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və işğal faktına son qoyulmalıdır” deyə E. Məmmədyarov qeyd edib.

Məlumatda qeyd edilir ki, K. Vigeni Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə Parlament dəstəyinin artırılmasının vacibliyini vurğulayıb. Görüşdə həmçinin ATƏT PA və Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparıldığı bildirilir.

ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Viqenin bundan əvvəl isə prezident İlham Əliyevin qəbulunda olmuşdu.

Kristian Vigeninin Azərbaycandan öncə Ermənistanda olduğu bildirilir.
O, regiona səfərindən sonra hesabat hazırlamalıdır.

İyulun 1-dən 5-nə kimi Tbilisidə ATƏT Parlament Assambleyasının illik sessiyası keçirilməlidir..

ATƏT PA-nın sessiyasında 57 ölkənin 700 deputatının iştirak edəcəyi gözlənilir.

XS
SM
MD
LG