Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:22

Azərbaycanda yollara 25 milyard xərclənib


Bakıda yol qovşağı
Bakıda yol qovşağı

-

«Son illər Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib».

APA-nın xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyasında çıxışı zamanı bildirib.

«Azərbaycan prezidenti İlham Əliyev ölkədə nəqliyyat infrastrukturunun inkişafına olduqca böyük əhəmiyyət verir. Son illər nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəlib. Bu vəsait Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının, dəmiryolların rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib», - deyə A. Şərifov bildirib.

İyunun 7-də Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası başlayıb. Sessiyada təşkilata üzv olan ölkələr arasında əməkdaşlıq məsələləri müzakirə edilir.

Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı 1956-cı ildə yaradılıb.

«Azərbaycan Dəmir Yolları» QSC 1993-cü ilin iyul ayından bu qurumun üzvüdür.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG