Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:29

Müraciətə baxmayan məmurlar cərimə ediləcək


Polisə şikayət etdi, evini yandırdılar
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Polisə şikayət etdi, evini yandırdılar

►“Sənə səndən şikayətim var ”a son qoyulur?

Bundan sonra Azərbaycanda vətəndaşların müraciətlərinə (ərizə, şikayət və təklif) baxılması qaydasında pozuntulara yol verənlər inzibati məsuliyyət daşıyacaqlar.

İyunun 14-də ölkə parlamenti İnzibati Xətalar Məcəlləsinə bununla bağlı dəyişikliklər edib.

APA-nın xəbərinə görə, məcəlləyə 594-1-ci maddə əlavə edilib.

Həmin maddəyə əsasən, vətəndaşların müraciətləri baxılmaqdan ötrü aidiyyəti üzrə qanunazidd hərəkətə yol verən subyektə və ya onun vəzifəli şəxslərinə göndərilə bilməz.

Həmçinin, dövlət orqanlarının, vəzifəli şəxslərin, siyasi partiya, həmkarlar ittifaqları və digər ictimai birliklərin tənqid edilməsi ilə bağlı müraciətə görə, vətəndaşın təqib edilməsi məsuliyyət yaradacaq.

Belə hallara yol verən vəzifəli şəxslərə xəbərdarlıq ediləcək, 100 manat məbləğində cərimələnəcəklər. Hüquqi şəxslərin cəriməsi isə 200 manat olacaq.

Ekspertlərin fikrincə, hələ, sovetlər dövründən üzü bəri Azərbaycanda bir çox vətəndaşları hakimiyyət orqanlarından narazı salan bir məqam var. Vətəndaşların bir dövlət qurumundan şikayətləri baxılmaqdan ötrü əsasən yenidən həmin quruma göndərilir. Ekspertlər yada salır ki, belə hallar “sənə səndən şikayətim var” məşhur deyiminin yaranmasına səbəb olmuşdu.

Buna da bax: Son Zəng həyəcanları fotolarda

XS
SM
MD
LG